Icma.az
close
up
RU
Elvin Məmmədov: “Hər məşq, hər oyun mənim üçün təcrübədir”

Elvin Məmmədov: “Hər məşq, hər oyun mənim üçün təcrübədir”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Belə turnirlərin keçirilməsi Azərbaycanın futbol ölkəsi kimi tanınması baxımından əla imkandır. Yarış yüksək səviyyədə təşkil olunub. Bu cür tədbirlərin davamlı olmasını arzulayıram”.

Bu sözləri “Neftçi”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.

Mütəxəssis Azərbaycanın U-16 millisi barədə fikirlərini bildirib.

“Milli komandanın udub-uduzması o qədər də önəmli deyil. Əsas məsələ futbolçuların bu turnirdə inkişaf etməsi, rəqibləri görməsi və təcrübə qazanmasıdır. Hansısa skaut gəlib iki-üç futbolçumuzu bəyənərsə, onlar Avropa klublarının akademiyalarına yollanıb orada məşq etmək imkanı qazanarlar. Bu, bizim üçün böyük qazancdır. Məqsəd yalnız qələbə qazanmaq deyil, bu turnirə pozitiv yanaşmaq və futbolçuların inkişafına şərait yaratmaqdır”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

E.Məmmədov U-17 yaş qrupunda çıxış edən futbolçuların perspektivlərinə də toxunub:

“Bu uşaqlar gələcəkdə milli komandaya namizəd ola bilərlər. Yaxşı futbolçulardır. Məncə, bu yaş qrupu Azərbaycan üçün ən yaxşılardan biridir. Ancaq əsas məsələ onların keçid dövrünü adlamasıdır. Əgər bunu bacarsalar, gələcəkdə çox perspektivli futbolçular olacaqlar və milli komandaya kömək edəcəklər”.

Veteran futbolçu gələcəkdə yenidən Premyer Liqa klublarından birində çalışmağı hədəflədiyini söyləyib:

“Bu yola baş qoymuşuqsa, onun enişli-yoxuşlu olduğunu da qəbul etməliyik. Mən həm Premyer Liqada, həm də I Liqada işləmişəm. Yolumu davam etdirirəm, həvəsdən düşmürəm. Öyrənəcəyim çox şey var və hər gün yeni biliklər qazanmağa çalışıram. Hər məşq, hər oyun mənim üçün təcrübədir. Niyə də olmasın? İnanıram ki, gələcəkdə çox şey olacaq”.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri