Elvin Santuşun gedişindən danışdı: Uşaqlarla yığışdıq...
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Düşünürəm, ən azından bu heç-heçəyə layiq idik. Hamı sevinir, Ukraynadan bir xal qoparmışıqsa, bunun özü də böyük şeydir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.
O, qazanılan ilk xalı belə şərh edib:
“Rəqibi analiz etmişdik, güclü tərəflərini bilirdik. Şükür ki, azarkeşlərin önündə məğlub olmadıq. Azarkeşlərimizi təbrik edirəm. Oyun bərabərliklə başa çatdı. Çox yorğunuq. İslandiya səfərindən komanda olaraq yorğun gəldik. Ağır məğlubiyyət yaşadıq, buna görə çox üzülmüşdük. Psixoloji olaraq düzəlməli, özümüzü oyuna hazırlamalı idik. Ayxan müəllim sağ olsun ki, bizə həm psixoloji, həm də taktiki baxımdan çox kömək oldu. Mənə asan idi, çünki Ayxan Abbasovun rəhbərliyi altında oynamışam. Ayxan müəllim bizə çox motivasiya verdi. Oyundan öncə bizimlə danışdı. Düşünürəm, nəticə göz önündədir”.
Cəfərquliyev Fernandu Santuşun gedişindən sonra komandadakı ab-havanı belə izah edib:
“Özümüz uşaqlarla yığışdıq, danışdıq. Həqiqətən də vəziyyətimiz ağır idi. Düşünürəm, yaxşı oynadıq. Toparlandıq. Ani baş məşqçi dəyişikliyi çox da təsirini göstərmədi. Qarşıdakı oyunlarda əlimizdən gələni edəcəyik. Sadəcə buna söz verə bilərəm”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü 1:1 hesabı ilə bitib.
Baxış sayı:72
Bu xəbər 10 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















