Icma.az
close
up
RU
Santuşun “səmimi” etirafı

Santuşun “səmimi” etirafı

Icma.az, sport24.az saytına istinadən bildirir.

CEYHUN ƏLİYEV

"Dəlidən doğru xəbər" - bir qədər kobud ifadə olsa da, zərbi- məsəldi. Millimiz sabah Millətlər Liqasında həlledici oyununa çıxacaq. Fernandu Santuş da bu taleyüklü görüşlərə ilk 4 matçda bel bağladığı Mehdi Cənnətovu çağırmayıb. Həmin Mehdini ki, millidə məhz Santuşun kəşfi saymaq olar. Tək İsveçlə Bakıdakı matçı xatırlamaq yetər ki, portuqaliyalının dağıstanlı qolkiperin ölənlərinə dua oxutdurmağa borclu olmasını iddia edək. İnsafən, 70 yaşlı mütəxəssis də hər görüşdən sonra əlcək sahibinin ünvanına ən xoş sözləri deyirdi. Və budur, Mehdi millidən kənar saxlanıldı. Bəli-bəli, qalmadı, saxlanıldı. 

Nəyə əsasən belə iddia irəli sürürəm? Bir sıra faktları ortaya qoyacam ki, məsələyə tam aydınlıq gəlsin. 

Ölkə xaricindən azərbaycanlı "əlcək sahibi" dəvət almır ki, sərhəddən o yana boylanaq. Deməli, ümid qalır sınıq-salxaq çempionatımızda çıxış edən komandalara. Və aydın olur ki, bu kollektivlərin yarısının qapıçısı əcnəbidi, birində isə rotasiya formasında yerli və legioner qolkiperə güvənilir. Beləliklə, əsas qapıçı statuslu Azərbaycan pasportuna sahib olan "əlcək sahibləri"nin siyahısına nəzər salaq: Anar Bayramov, Nicat Mehbalıyev, Rza Cəfərov, Mehdi Cənnətov, Hüseynəli Quliyev. 

Adlarını çəkdiyimiz qapıçılardan son ikisi Santuşun siyahısından kənar qalıb. Yenə də deyirəm, söhbət millidə bütün oyunlarda güvənilən kəsdən gedir. Portuqaliyalının son oyunlarda "Sumqayıt"ın qolkiperinin formada olmadığını iddia etməsi isə bir başqa dərddi. Zalımın balası, adam "kak raz" elə son oyunlarda özünə gəlib də. Cənnətov son 3 matçda cəmi 1 qol buraxıb e! 

Belədə, istər-istəməz İlqar Qurbanobun məşhur ifadəsi yada düşür: "Əvvəllər futbolçular tapşırıqla çağırılırdı, indi isə yox". Həqiqətən Santuşun sözləri ilə "əməlli başlı uzlaşır". 

P.S. Şəxsən mən qapıda azərbaycanlı balasının dayanmasını arzulayıram, Cənnətovun da çağırılmamasına sevinirəm. Ancaq göstərilən səbəb fərqli şeylərdən xəbər verir, cənablar, fərqli şeylərdən. 

P.P.S. Çempionatın son 3 turunda yalnız Rza və Mehdi bütün görüşlərdə əvvəldən axıradək meydanda olub. Bu oyunlarda Cəfərov 3 dəfə məyus olub. Digər iki qapıçıya gəlincə, onların hər ikisi 2 matçda forma şansı qazanıb. Mehbalıyev qapısında 1, Bayramov isə 4 qol görüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Noyabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri