Icma.az
close
up
RU
Santuşun kənarda saxladıqları

Santuşun kənarda saxladıqları

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan yığması mart toplanışında iki yoldaşlıq oyunu keçirdi. Fernandu Santuşun yetirmələri Haitiyə 0:3, Belarusə isə 0:2 hesabıyla uduzdu.

Oyunlardan öncə millinin heyəti ilə bağlı maraqlı məqamlar var idi. “Qəbələ”dən Şahin Şahniyarovun, “Sabah”dan Xəyal Əliyevin, “Səbail”dən Mert Çelikin, “Sumqayıt”ın Səbuhi Abdullazadənin və “Neftçi”dən Ağadadaş Salyanskinin dəvəti yerli və gənc oyunçular üçün stimul rolunu oynadı. Buna baxmayaraq, millinin sınaq xarakterli oyunlarında şans qazanmayanlar da oldu.

Əvvəlcə Haiti, daha sonra Belarusla matçda qapıçı Aydın Bayramov (“Zirə”) və Ağadadaş Salyanskiy (“Neftçi”) oyun dəqiqəsi qazanmadı. Milliyə çağırılan digər üç qapıçı Şahruddin Məhəmmədəliyev (daha sonra onun əvəzinə Əlirza Müştəbazadə (“Səbail”) dəvət alıb), Rza Cəfərovdan (“Neftçi”) yalnız ikisi – Rza və Şahruddin şans qazandı. Mövsümboyu performanslara nəzər salsaq, Aydın Bayramovun hər ikisindən daha yaxşı performans sərgilədiyini demək olar. Şahruddin “Qarabağ”da mütəmadi şans qazanmır və onun yığmada olması görünür, sırf təcrübəsinə hesablanmışdı. Lakin Haiti ilə matçda 3 qol buraxandan sonra məşq prosesində zədə alan qolkiper heyətdən çıxarıldı. Onun yerinə çağırılan Əlirza isə şans qazanmadı.

“Neftçi”nin gənc hücumçusu Ağadadaş isə ümumiyyətlə oynamadı. Hər iki matçda görüşü ehtiyatda keçirən forvardın şans qazanmama səbəbi maraqlıdır. Qola ehtiyac olan hər iki oyunda forvard kənarda qaldı. Ağadadaş bu mövsüm “Neftçi”dəki əzmkar mübarizəsi və döyüşkənliyi ilə Santuşun diqqətini çəkmişdi.

Yığmaya dəvət alan digər futbolçuların hamısı isə şans qazandı. Bəziləri birinci, bəziləri isə ikinci matçda meydana çıxdı.

Xəyal Əliyev, Şahin Şahniyarov millidə debüt edənlər oldu və özlərini yaxşı tərəfdən göstərməyi bacardılar.

Azərbaycan yığması iyunda daha iki yoldaşlıq oyunu keçirəcək. Komanda əvvəlcə iyunun 7-də Latviya, 10-da isə Macarıstanla üz-üzə gələcək. Haiti, Belarus kimi komandalara qol belə vura bilməyən yığmada qarşıdakı 4 ayda nələrin dəyişəcəyi sual altındadır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see257

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see225

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see223

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see216

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see205

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see205

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see183

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see165

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see158

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see157

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see155

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see153

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri