Icma.az
close
up
RU
Elxan Mehdiyev: “Azərbaycan ABŞ ilə arzuolunmayan münasibətlər mərhələsini artıq keçmişdir“

Elxan Mehdiyev: “Azərbaycan ABŞ ilə arzuolunmayan münasibətlər mərhələsini artıq keçmişdir“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moderator.az dünya təhlükəsizlik sistemində baş verənlərlə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Elxan Mehdiyevlə müsahibə aparıb.

Həmin müsahibəni təqdim edirik.

Elxan bəy, ABŞ prezidentinin Ukrayna ilə bağlı fikirlərini necə dəyərləndiririrsiniz?

- Prezident Trampın və onun hökümətinin bəyanatları son 3 ildə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ABŞ başda olmaqla NATO ölkələrinin tutduğu barışmaz mövqeyi sarsıtmışdır. Məsələ heç də Ukraynanın NATO üzvlüyü perspektivləri ilə bağlı ABŞ hökümətinin arqumentləri deyil, əsas məsələ Rusiyanın təcavüzünə bəraət gətirməsinə xidmət edən bəyanatlarıdır. İlk növbədə, Prezident Trampın “Ukraynanın NATO üzvlüyü məsələsinin müharibəyə gətirdiyi” bəyanatları və ən əsası Ukraynanın 2014 sərhədlərinə çıxmasının mümkün olmaması ilə bağlı birbaşa müdafiə nazirinin NATO qərargahında bildirdiyi fikirlər həyəcanvericidir və Putinin səsləndirdiyi arqumentlərə söykənir. Ukraynanın təhlükəsizliyi məsələsində ABŞ-ın yox, Avropanın rol oynamasının önə çəkilməsi də Avropa təhlükəsizliyini təhlükədə qoyaraq II Dünya Savaşından öncəki vəziyyətə gətirir. Üstəlik, danışıqların ABŞ-Rusiya arasında aparılmasından doğan təhlükələr həm koalisiya ölkələrini və həm də Ukraynanı təşvişə salmışdır. Bu baxımdan Ukraynanın ərazi bütövlüyünü təhlükə altına qoyan və Rusiyanı şirnikləndirən bu gedişlər ABŞ tərəfindən “Sülhə” aparan addım kimi xarakterizə edilmiş, Qərb dairələrində isə 1938-ci ildə Çexoslavakiya üzərində Hitler-Çemberlen sövdələşməsinə bənzər hal kimi qiymətləndirilmişdır. Bu cür “Sülh” zorla tutulan ərazilərin Rusiyanın xeyrinə leqallaşdırılması deməkdir.

Ümumiyyətlə, Tramp hökümətinin xarici siyasətini necə qiymətləndirmək olar?

- Qiymət vermək hələ tezdir, amma ilk 3 həftənin gedişi göstərir ki, 1945- ci ildən sonra beynəlxalq hüquq üzərində qurulmuş sistemin dağılmasına aparan və güc amilinə söykənən siyasətin addımları atılır. Prezident Trampın Kanadanın ABŞ-ın 51- ci ştatı olması təklifləri, Qrenlandiyanın və Panama kanalının ABŞ suverenliyinə verilməsi tələbləri və 77 il mübarizədən sonra Fələstin xalqının sürgün edilməsi kimi bəyanatları dünyanın başqa hissələrində də güc amilinin üstün gələcəyi beynəlxalq münaqişələrə apara bilər. Trampın “ilk növbədə Amerika”(America First) siyasəti ABŞ-nı izolyasiya siyasətinə yuvarlandırma ehtimalını artırır və Avropa Birliyinin kövrək xarakterini nəzərə alsaq, keçmiş sovet məkanı üzərində Rusiyanın dominantlıq iddialarının artmasına xidmət edir. Hesab edirəm ki, həm ABŞ daxili və həm də müttəfiqlər tərəfindən göstərilən müqavimət indi bəyan edilən siyasətin tam ölçüdə aparılmasına imkan verməyəcək.

Trampın xarici siyasətinin Azərbaycana bilavasitə təsiri nə cür olacaq?

- Əgər Tramp indiki dönəmdə bəyan etdiyi siyasəti davam etdirə bilsə, onun birbaşa təsiri yox, apardığı qlobal siyasətin Azərbaycana təsirləri olacaq. Trampın Kanadanı ilhaq etmək fikirləri və Ukrayna məsələsinin birbaşa Rusiya ilə həll etmək arzuları əlbəttə ki, Rusiyanın əl qolunu açmağa yönələcək və Kremli təkcə Ukraynada deyil, keçmiş sovet məkanında da radikal addımlar atmasına sövq edəcək. Bu baxımdan, mən burada Rusiyanın Azərbaycan və Qazaxstana olan təzyiqlərinin artacağı qənaətindəyəm və burada daha çox Azərbaycanın suverenlyini məhdudlaşdırmağa yönəlmiş təzyiqləri nəzərdə tuturam. Bu təzyiqlər daha çox artan istiqamətdə Azərbaycanın Türkiyə, NATO və ABŞ ilə münasibətlərinin dərəcəsi ilə bağlı olacaq. Ermənistanda anti-Paşinyan qüvvələr hakimiyyətə gələrsə, bu təzyiqlər fərqli müstəvilərə də yayılacaq. Bu baxımdan, indiki və dərinləşəcək qeyri müəyyənlikdən minimum itki ilə çıxmaq üçün və qazandığmız qələbəni möhkəmlətmək üçün ABŞ ilə birbaşa yaxın əlaqələri artırmaq vacibdir. Hesab edirəm ki, Azərbaycan ABŞ ilə arzuolunmayan münasibətlər mərhələsini artıq keçmişdir və düşünmürəm ki, bundan sonra Bayden hökümətində olduğu kimi bir zamanlar erməni lobbi qruplarının da birbaşa təsiri altında olan kabinet üzvləri ABŞ hökümətində təmsil olunsun. Tramp hökümətinin kabinetində bu cür qüvvələr indi mövcud deyil və bizimlə ikitərəfli münasibətlər praqmatik maraqlar üzərində qurulacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə və tam suverenliyini bərpa etməklə, indiki xaotik dönəmdə qlobal siyasətdə öz maraqlarını qorumağa yönəlmiş çeviklik qazanmışdır. Hadısələrin gedişini diqqətlə izləmək və qarşıdurmaya yönələn addımlardan çəkinmək vacibdir. Baxın, 10 illik mübarizədən sonra indi Ukraynanın öz torpaqlarından əl çəkməsi önə çəkilir. 5 il əvvəl fələstinlilərin İsrailə öz əski torpaqlarına geri dönməsi də danışıqlar mövzusu olsa da, indi Tramp höküməti onların hər hansı statusda yaşamasını da yox, öz vətənlərindən çıxarılması məsələsini ortaya qoyur. 27 il işğal altında qalan Azərbaycan torpaqları da ABŞ, Rusiya və Fransanın xeyir duası ilə ermənilərin ixtiyarına buraxılmışdı və əgər 2020- ci ildə Azərbaycan xalqı öz taleyini əlinə alıb bu hərəkatı başlamasaydı, Azərbaycanı da buna bənzər ağır tale gözləyirdi. Biz, minilliklərə yazılan böyük tarixi Qələbə qazanmışıq və bu qələbəni sadəcə erməni qüvvələrinə qarşı yox, onları himayə edən bütün dövlətlərə, beynəlxalq təşkilatlara, muzdlu siyasətçilərə, media quruluşlarına və ekspertlərə qarşı qazanmışıq. İndiki dönəmdə bizim qarşımızdakı yeganə məsələ, bu qələbəni saxlayan və möhkəmlədən güclü cəmiyyətin qurulması olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri