Icma.az
close
up
RU
Türkiyənin İranla bağlı böyük strategiyası var Hasan Oktay

Türkiyənin İranla bağlı böyük strategiyası var Hasan Oktay

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu, İrana kənardan edilən hücumun qarşısını almaq və bu dövlətin ərazi bütövlüyünü qorumaqla sistem dəyişikliyi prosesini sürətləndirməkdir"

Son həftələrdə İran və İsrail arasında gərginlik yeni mərhələyə keçə bilər. "Əl-Cəzirə" telekanalının yaydığı məlumata görə, münaqişənin birinci mərhələsinin bitməsindən sonra bölgədəki siyasi, təhlükəsizlik və hərbi hərəkətlər gərginliyin artmasına səbəb olub. Hesabata görə, enerji bazarlarında da münaqişə ehtimalı ilə bağlı narahatlıqlar artıb.

Son həftələrdə neftin qiyməti 5-10 dollar arasında yüksəlib. Xüsusilə, Fars körfəzi regionunda neftötürücü xətlərə qarşı hər hansı təhdidin qiymətləri daha da yüksəldə biləcəyi vurğulanır. İsrailin ABŞ-dən aldığı silahların, xüsusilə bunker məhv edən bombaların, daha geniş hərbi əməliyyatlar üçün nəzərdə tutulduğu ehtimal edilir. Habelə ABŞ və İsrailin Livan və İraqda basqıları artırdıqları da bildirilir. Bu səbəbdən İsraillə 12 gün davam edən müharibə İranı öz təhlükəsizlik strategiyasına yenidən baxmağa məcbur edib. Tehran indi İsraillə genişmiqyaslı qarşıdurmaya nə dərəcədə hazır olduğunu dəyərləndirir. İsrail mediasının məlumatına görə, İran raket proqramını modernləşdirir, raketlərin uçuş məsafəsini artırır. Həmçinin “Hizbullah”ın yenidən silahlandırılması və gücləndirilməsi istiqamətində işlər aparır. Belə şəraitdə İsrail və İran arasında mümkün qarşıdurmanın gedişatı necə proqnozlaşdırılır? 

Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Sherg.az-a açıqlamasında deyib ki, İrana qarşı son zamanlar dünyada səssiz hərəkətlilik başlayıb. Ekspert vurğulayıb ki, bunu Netanyahu-Tramp ittifaqının bir əksi kimi görmək də mümkündür: "İranda dini rəhbər Əli Xameneinin ömrünün sonuna yaxınlaşması və onun ölümündən sonra İranda baş verəcək sistem dəyişikliyini yönləndirmək məqsədilə müəyyən hərəkətliliyin olduğunu müşahidə etmək olar. İran hazırda ikili bir sistemlə idarə olunur, dini rəhbərlik sistemi hakimiyyətin təxminən 80 faizinə, prezidentlik institutu isə 15 faizinə nəzarət edir. Lakin son sözü dini rəhbərlik dediyi üçün Qərblə davamlı bir münasibət qurula bilmir. Bu isə İranın daha da içinə qapanmasına və sanksiyalar altında yaşamasına səbəb olur. Əvvəlki Prezident İbrahim Rəisinin öldürülməsindən sonra dini rəhbərlik əvvəllər veto qoyduğu indiki Prezident Məsud Pezeşkianın seçkilərə qatılmasına imkan verdi. Nəticədə Pezeşkian prezident seçildi və İranda dəyişmə, transformasiya prosesi yavaş da olsa başladı".

H.Oktay bildirib ki, indiki məqamda Türkiyənin İranla bağlı ən önəmli strategiyası kənardan hücumun qarşısını almaq və ərazi bütövlüyünü qorumaqla İranda sistem dəyişikliyi prosesini sürətləndirməkdir: "İranda baş verən dəyişikliyi xarici müdaxilə ilə öz yolundan çıxarmağa çalışanlara qarşı Türkiyə müdaxilə etmiş olur. Buna görə xarici işlər naziri Hakan Fidanın İran səfəri və yaxın günlərdə reallaşacaq Rəcəb Tayyib Ərdoğanın İran səfəri İran-Türkiyə münasibətlərini daha sağlam bir əsas üzərinə oturdacaq. Həm də İrana kənardan edilə biləcək müdaxilənin qarşısını alacaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see209

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see173

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see149

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see129

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see126

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri