Icma.az
close
up
RU
Əlyazmalar İnstitutunda elmi sessiya: “Cavad Heyət və türk kimliyinin elmi zəfəri”

Əlyazmalar İnstitutunda elmi sessiya: “Cavad Heyət və türk kimliyinin elmi zəfəri”

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə “Cavad Heyət və türk kimliyinin elmi zəfəri” mövzusunda elmi sessiya keçirilib. Tədbir görkəmli cərrah, türkoloq, “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar institutun Ekspozisiya zalında görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Elmi sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Varlıq” dərgisi Cavad Heyətə humanitar sahənin görkəmli mütəxəssisi kimi nüfuz qazandırıb. Ümummilli Lider Heydər Əliyevin onun çoxcəhətli fəaliyyətini və şəxsiyyətini hər zaman yüksək tutduğunu qeyd edən akademik İsa Həbibbəyli milli şüurun inkişafına dəyərli töhfələr vermiş, yaradıcılığı ilə Azərbaycan elminə örnək olan bu dahi şəxsiyyətin hər zaman xatirələrdə yaşayacağını vurğulayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Cavad Heyətin çoxşaxəli fəaliyyətindən, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatlarından söz açıb. O, Cavad Heyətin istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi xalqımızın milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülüyün təbliği sahəsindəki xidmətlərinin danılmaz olduğunu vurğulayıb.

Elmi seminarda “Xatirələrimdəki Cavad Heyət”, “Doktor Cavad Heyət: alovlu vətənpərvər və əsl ziyalı olmağın parlaq nümunəsi”, “Varlıq” dərgisinin ilk sayı və Əncüməne-Azərbaycanın nümunələri”, “Elmi işçilərin hamisi”, “Tanımadığım və yaxından tanıdığım Cavad Heyət” adlı məruzələr dinlənilib.

Tədbirin qonaqları – Robert Bağır Heyət, yazıçısı, tərcüməçi və publisist, Almaniya Yazarlar Birliyinin üzvü Orhan Aras və Nadir Heyət çıxışlarında Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri