Icma.az
close
up
RU
Elzanın 100 minlik qızılı lombardda batdı Məhkəməyə 1 sırğa ilə gəldi

Elzanın 100 minlik qızılı lombardda batdı Məhkəməyə 1 sırğa ilə gəldi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manatlıq qızıl-zinət əşyaları ələ keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni ilə birgə daha 30 nəfər də eyni formada aldadılıb.

İşi üzrə iki nəfər- lombardın rəhbəri Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərli polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, ikisi də həbs olunub.

İttiham aktının materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər müştərilərin lombarda qoyduqları qızıl-zinət əşyalarını geri qaytarmayıblar. Zərərçəkənlər götürdükləri pulu ödəyib əşyalarını istəyəndə onlara hər dəfə “başqa vaxt gəlib götürərsiz”, - cavabı verilib. Amma “başqa vaxt” gəlib çatmayıb. Nəticədə müştərilərin hamısı polisə üz tutublar.

İstintaqla müəyyən edilib ki, bu dələduzluq nəticəsində zərərçəkənlər milyonlarla manat dəyəri olan əmlak itiriblər.

Aldanılanlardan biri də əməkdar artist Elza Seyidcahandır. Müğənni bu gün məhkəmədə ifadə verib. Müğənni deyib ki, pul lazım olduğu üçün anası ilə birgə lombarda gedib. Verdiyi qızıl və brilyantların qarşılığında ona 8 min 500 manat pul veriblər: “Lombarddan 8 min 500 manat götürsəm də, əşyaların ümumi qiyməti 80-100 min manatdır. Təkcə maral formasında brilyantım 30 mindir. Həm də tək mənim deyil, orada rəfiqəmin də qızılları var. Nə isə bir neçə ay ərzində götürdüyüm pulu tam ödədim. Amma qızıllarımı geri qaytarmadılar. Dedim heç olmasa, rəfiqəmə aid olanları tez verin, amma buna da razı olmadılar. Sonradan öyrəndim ki, bunlar hamını belə aldadıb. Məcbur qalıb polisə getdim. İndi maddi, mənəvi və ruhani əziyyət çəkirik. Biz inamla doğulmuşuq, yalan danışmağı sevmirik. Ayıbdır axı, yalan danışmaq olmaz”.

Zərərçəkmiş müğənninin sözlərinə görə, bu günə kimi qızıl-zinət əşyalarını qaytarmayıblar. Ona görə də lombardın rəhbərliyindən işçilərinə kimi şikayətçi olduğunu bildirib.

Qızıllarının ələ keçirilməsindən danışan müğənninin bir qulağında sırğa olmaması hakim Telman Hüseynovun diqqətini çəkib: Hakimin “Qulağınızdakı sırğanın biri haradadır, itirmisiniz?” sualına müğənni “Xeyr, mənim stilim budur” cavabını verib”.

Növbəti zərərçəkmişlərin dindirilməsi noyabrın 4-nə saxlanılıb.

Qeyd edək ki, ittiham sübuta yetirilərsə, Xəyal Abdullayevi 10 ildən 14 ilə, Fərid Abuzərlini 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Sail Ağasəlim



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri