Icma.az
close
up
RU
Emal edilmiş qidalarla əlaqəli vaxtından əvvəl ölüm hallarına dair qlobal tədqiqat nəticələri açıqlanıb

Emal edilmiş qidalarla əlaqəli vaxtından əvvəl ölüm hallarına dair qlobal tədqiqat nəticələri açıqlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 may, AZƏRTAC

Yeni nəşr olunmuş beynəlxalq tədqiqatın nəticələri göstərir ki, həddindən artıq emal olunmuş qidaların (UPF – ultra-processed foods) istehlakı bir çox ölkədə qarşısı alına bilən vaxtından əvvəl ölüm hallarının əsas səbəblərindən biridir. Araşdırma “American Journal of Preventive Medicine” jurnalında yayımlanıb və “Elsevier” tərəfindən dərc olunub.

AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqat səkkiz ölkəni – Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Meksika, Böyük Britaniya və ABŞ-ı əhatə edən milli səviyyədə təmsil olunan pəhriz və ölüm məlumatlarının təhlilinə əsaslanır. Nəticələr UPF-lərin pəhrizdəki payının artması ilə bütün səbəblərdən ölüm riskinin əhəmiyyətli dərəcədə artdığını ortaya qoyur.

Araşdırmanın əsas müəllifi, Braziliyanın “Fiocruz” təşkilatının mütəxəssisi doktor Eduardo Oqüsto Fernandes Nilson bildirib ki, UPF-lər tərkibində yüksək səviyyədə natrium, şəkər, trans yağlar, emulqatorlar, süni dadlandırıcılar və digər əlavələr olan, qida dəyəri aşağı sənaye məhsullarıdır. Bu tərkib elementləri birbaşa olaraq insan sağlamlığına mənfi təsir göstərməkdədir.

Araşdırma nəticələrinə görə, pəhrizdə UPF-lərin 10 faiz artımı ölüm riskini 3 faiz artırır. ABŞ-da aparılmış modelləşdirmə nəticəsində yalnız 2018-ci ildə 124 min qarşısı alına bilən vaxtından əvvəl ölüm hadisəsinin UPF istehlakı ilə əlaqəli olduğu hesablanıb. Ümumilikdə isə UPF-lərlə əlaqələndirilən ölüm faizinin ölkəyə görə, 4 faizdən 13 faizə qədər dəyişdiyi müəyyən edilib.

Tədqiqat, həmçinin göstərir ki, UPF-lərin yüksək istehlakı ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, bəzi onkoloji xəstəliklər və depressiya kimi 30-dən çox sağlamlıq problemi ilə əlaqələndirilir. Bu, ilk dəfə olaraq müxtəlif ölkələrdə UPF istehlakının bütün səbəblərdən erkən ölümə təsirini bu qədər geniş miqyasda araşdıran işdir. E.Nilson əlavə edir ki, yüksək gəlirli ölkələrdə UPF istehlakı son onillikdə sabit səviyyədə qalsa da, aşağı və orta gəlirli ölkələrdə bu qidalara tələbat davamlı şəkildə artır. Bu tendensiya UPF istehlakının tənzimlənməsi və təzə, minimal işlənmiş, ənənəvi qidalara əsaslanan pəhrizlərin təşviq edilməsi üçün qlobal səviyyədə təcili siyasətlərin formalaşdırılmasını zəruri edir.

Araşdırma nəticələri sağlam qidalanmanı dəstəkləyən tənzimləyici və fiskal siyasətlərin vacibliyini və sənaye üsulu ilə hazırlanmış qida məhsullarının qlobal ictimai sağlamlığa potensial təhlükəsini bir daha üzə çıxarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 05:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri