Icma.az
close
up
RU
Əmək bazarında əcnəbi mütəxəssislərin yer tutması yerli peşəkar kadrların işsiz qalmasına səbəb olmur

Əmək bazarında əcnəbi mütəxəssislərin yer tutması yerli peşəkar kadrların işsiz qalmasına səbəb olmur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında "yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcəyini deyib. Onun sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini asanlaşdırmaq, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarəetməni təmin etmək məqsədilə "Yüksək ixtisaslı miqrant proqramı" təsis edilib: Belə ki, miqrantlar öz bilik, bacarıq və təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir".Azərbaycan özü yüksəkixtisaslı vətəndaş yetişdirə bilməzmi?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yüksəkixtisaslı vətəndaş yetişdirilməsi əmək bazarının tələblərindən irəli gələrək həyata keçirilməli olan bir fəaliyyətdir.

Azər Allahverənov

“Bizim aidiyyəti strukturlar əmək bazarını öyrənir, eyni zamanda əcnəbi mütəxəssislərin çalışdığı sahələri də nəzərdən keçirilir. Müəyyən mənada özlərinin yanaşmasında bu faktoru xüsusilə nəzərdə tuturlar. Misal üçün, bir faktı deyim: 1994-cü ildə Azərbaycanda Əsrin müqaviləsi imzalanan zaman BP və digər xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanlar açıldıqdan sonra xaricdən kifayət qədər çox sayda əcnəbi mütəxəssis həmin şirkətlərin xətti ilə Azərbaycana gətirilmiş və burada əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdı.

O dönəmdə BP-nin əməkdaşlarının 95 faizni əcnəbilər təşkil edirdi. Beş faiz yalnız yerli mütəxəssislərdən ibarət idi. Yerli mütəxəssislərin bu sahədə az olması onunla bağlı idi ki, keçmiş sovetlər dönəmindən neft sənayesində kifayət qədər sayda mütəxəssis olsa da, BP-nin texnoloji yeniliklərindən istifadə, onların avadanlıqları və infrastrukturunun istismarı və digər məsələlərdə bir qədər fərqli biliyə malik olan şəxslərin cəlb olunmasına ehtiyac vardı. Və nəticə etibarilə BP də 95 faiz əcnəbi mütəxəssislər idi. O vaxt ulu Öndər bu məsələnin BP qarşısında çox vacib bir nüans, məqam olaraq dilə gətirmiş və BP qarşısında belə bir öhdəliyi müəyyənləşdirilmişdi ki, çox qısa bir müddətdə BP əmək siyasətini dəyişməli və yerli kadrların yetişdirilməsi istiqamətində fəaliyyət göstərməlidir.

Nəticə etibarilə bu gün artıq BP-də çalışan əcnəbi mütəxəssisləri sayı beş faizdir. Yerdə qalan 95 faiz yerli mütəxəssislərdir. Eyni zamanda digər neft şirkətlərində də bu kimi yanaşmalar var ki, bur çox yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir. Bundan başqa, misal üçün İKT sahəsi, hərbi sənaye, sənayenin ayrı-ayrı istiqamətləri, kənd təsərrüfatında da müxtəlif istiqamətlər, hətta texniki elmlər üzrə müəyyən savada malik olan şəxslərin yetişdirilməsi istiqamətində kifayət qədər geniş spektrli bir fəaliyyət həyata keçirməkdədir. Bu, qətiyyən əmək bazarında əcnəbi mütəxəssislərin yer tutması nəticəsində həmin yerli kadrların işsiz qalmasına gətirib çıxartmır. Əslində orada belə bir yanaşma ki, şirkət əgər bir əcnəbini işə cəlb edirsə, beş nəfər əməkdaşın dördü yerli olmalıdır. Biri yalnız əcnəbi mütəxəssis ola bilər və o da yüksək ixtisaslı mütəxəssis olduğu təqdirdə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazənin verilməsi məhz bu meyarı əsasında verilmiş ola bilər. Bu faiz nisbəti də xüsusilə gözlənilir”-deyən Azər Allahverənov qeyd edib ki, əgər çox sayda əcnəbi mütəxəssislərin işə cəlb olunmasını nəzərdə tutan bir müraciət varsa, həmin şirkət qarşısında da yerli kadrların yetişdirilməsi öhdəliyi bir növ müəyyən edilir və onlar da ona uyğun davranmalıdır.

Azər Allahverənov vurğulayıb ki, bu, bəlkə də Azərbaycanda kütləvi hal almayıb, amma bu kimi siyasət mövcuddur: “Eyni zamanda əmək resurslarının bölüşdürülməsi, öyrənilməsi, ixtisaslara uyğun olaraq yeni dövrün çağırışlarına adekvat yeni ixtisasların müəyyən olunması və həmin ixtisaslara malik olacaq, yerli mütəxəssislərin yetişdirilməsi məsələsi də diqqət mərkəzindədir. Misal üçün, götürək İKT sahəsi 10-15 il bundan qabaq Azərbaycanda barmaqla sayıla biləcək qədər İKT mütəxəssisi var idi. Amma bu gün Azərbaycanda elə 10-15 il bundan öncə mövcud olan İKT mütəxəssislərinin sayı qədər İKT şirkətləri fəaliyyət göstərməkdədir. Burada yerli şirkətlərdən söhbət gedir və hər şirkətdə də onlarla İKT mütəxəssisinin çalışdığı bəllidir. Bu gün bu dövrün tələblərinə uyğun olan bir yanaşma var”.

Deputat qeyd edib ki, yerli kadrlar çox intensiv şəkildə dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarını artırırlar: “Bəzi hallarda bu, müstəqil şəkildə, bəzi hallarda hansısa proqramlar çərçivəsində baş verir. İstənilən halda bu, bir yerdə dayanan proses deyil. Yəni burada da müəyyən bir dinamika müşahidə olunmaqdadır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri