Icma.az
close
up
RU
Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsində əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və istirahət hüququnun real təmin olunması üzrə dörd əsas istiqamət müəyyən edilib. Belə ki, layihədə müəyyən fəaliyyət sahələrində çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanın təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulub. Digər dəyişikliklər əməkhaqqı ödənişlərinin elektronlaşması ilə bağlıdır. Bu sistemin tətbiqi əməyin ödənişlərində yarana biləcək bəzi neqativ halların qarşısını alacaq. Dəyişikliklərin üçüncü istiqaməti uşağa qulluğa görə müavinət almaq hüququnun tənzimlənməsi ilə bağlıdır. Sənəddə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının olması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Bundan başqa, həm hamiləliyə və doğuma görə müavinət, həm də üç yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir. Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur.

Layihədə Əmək Məcəlləsinin 134-cü maddəsində məzuniyyətin başqa vaxta keçirilməsi halları yeni redaksiyada verilir. Eyni zamanda, əmək münasibətlərinə xitam verilməsi halı istisna olmaqla, 21 günlük minimum əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinə yol verilmir.

Qanun layihəsinin əsas mahiyyəti əmək qanunvericiliyini müasir əmək bazarının reallıqlarına uyğunlaşdırmaq və işçinin hüquqlarını daha etibarlı qorumaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri