Əmək müqaviləsi gələcək üçün də mötəbər təminatdır
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, işçi əmək müqaviləsi ilə çalışdıqda:
* qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq,
* sosial sığorta sistemində iştirak edərək gələcək pensiya hüququna malik olmaq,
* sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq,
* ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə etmək,
* iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq,
* icbari tibbi sığorta, işsizlikdən sığorta,
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq və s. hüquqlara sahib olur.
Əmək müqaviləsi ilə işləməyən işçi isə qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olur. Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən e-qaydada imzalandıqda hüquqi qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib.
Bununla bağlı edilən müraciətdə insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayə olduğu bildirilir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















