Icma.az
close
up
RU
Təcrübəçi ilə əmək müqaviləsi bağlanılmalıdırmı?

Təcrübəçi ilə əmək müqaviləsi bağlanılmalıdırmı?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə istər sosial şəbəkələrdə, istərsə də iş elanlarının paylaşıldığı platformalarda müxtəlif peşələr üzrə çox sayda təcrübə proqramları ilə, o cümlədən təcrübəçi vakansiyaları ilə rastlaşırıq. Bu təcrübə proqramlarının bəziləri (əsasən dövlət qurumları və nazirliklər tərəfindən təşkil edilən təcrübə proqramları) mahiyyət etibarilə təcrübəçilərə müxtəlif təlimlərin keçirilməsi, təcrübənin öyrədilməsi xarakteri daşıyır. Yəni proqram iştirakçıları işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb edilmir və məqalədə toxunacağım məsələlər onlara şamil edilmir. Lakin digər vakansiya və təcrübə proqramlarını nəzərdən keçirsək, orada təcrübəçinin vəzifə öhdəliklərinin və iş şəraitinin həmin vəzifə üzrə çalışan digər işçilərdən heç də fərqlənmədiyini görə bilərik. Yəni təcrübəçilərdən həftənin 5, bəzən, hətta 6 günü saat 09:00-dan 18:00-a kimi “təcrübəyə” gəlmək və digər işçilərin yerinə yetirdiyi vəzifə öhdəliklərini icra etmək tələb olunur. İlk baxışda bu, təqdirəlayiq haldır. Belə ki, yeni məzunlar, o cümlədən 3-cü, 4-cü kurs tələbələri üçün karyeraya daha erkən başlamaq, iş mühitinə adaptasiya olmaq və nəzəri biliklərini praktikada tətbiq etmək kimi imkanlar yaranır. Lakin bu, necə deyərlər, aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfi isə ondan ibarətdir ki, təəssüf ki, əksər hallarda təcrübəçilər ilə əmək müqaviləsi əvəzinə təcrübə müqaviləsi bağlanılır və həmin müqavilələrdə ödəniş edilməyəcəyi, bəzilərində isə yalnız aylıq yol/qida xərclərinin qarşılanması ilə bağlı ödənişlərin ediləcəyi göstərilir. Məhz bu məqalədə aysberqin görünməyən tərəfini oxucular üçün hüquqi cəhətdən görünən etməyə çalışacağıq.

Əvvəlcə, könüllü və təcrübəçi anlayışını fərqləndirmək lazımdır. Könüllülük “Könüllü fəaliyyəti haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin qanunda göstərilir ki, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Könüllü fəaliyyətin iştirakçıları adlanan 4-cü maddədə isə göstərilir ki:

1. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz.

2. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir.

3. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir.

Qeyd etmək lazımdır ki, könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.

Aydındır ki, girişdə qeyd etdiyim təcrübə proqramları, təcrübəçi vakansiyaları könüllülük fəaliyyətinə aid deyil. Bəs, həmin təcrübəçilərin əməyi necə rəsmiləşdirilir?

Bu halda təcrübəçilərlə əmək müqaviləsi bağlanılmalı və aylıq iş vaxtı norması tam işlənildikdə İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından (cari il üzrə 400 manatdan) az olmamaq şərtilə əməkhaqqı ödənilməlidir.

Belə ki, AR Əmək Məcəlləsinin “Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi” adlanan 7-ci maddəsinin 2-3.4. bəndində göstərilir ki, tərəflər arasında işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Həmçinin 7-ci maddənin 4-cü bəndində göstərilir ki, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Yəni təcrübəçi ilə ixtisasa yiyələnmə barəsində müqavilə bağlanıla bilər, lakin bu müqavilə əmək müqaviləsini əvəz etmir və əmək müqaviləsinin bağlanılmasını istisna etmir.

Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlib.

Bəs, "təcrübə müqaviləsi" anlayışı qanunvericilikdə təsbit olunubmu?

Qanunvericiliyə nəzər saldıqda “təcrübə müqaviləsi” ifadəsinə yalnız bir yerdə - AR Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında Qərarında rast gəlirik. Həmin qərar isə yalnız Peşə təhsili müəssisələrində Təhsilalanların peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi məqsədilə təcrübənin həyata keçirilməsini tənzimləyir. Sözügedən “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın 1.5 bəndində göstərilir ki, “Təcrübə dövründə Təhsilalanın İşəgötürənlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən tənzimlənir. Təhsilalan ilə İşəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır və Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilir".

Başqa sözlə desək, Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq olunmuş “təcrübə müqaviləsinin Nümunəvi Forması” yalnız Peşə təhsili müəssisələrində Təhsilalanlara aiddir və həmin qərarda da təcrübəçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması və müvafiq əməkhaqqının ödənilməsi müəyyən edilib.

Təcrübəçilər ilə əmək müqaviləsi əvəzinə təcrübə müqaviləsinin bağlanılması təcrübəçilərin əməyindən sui-istifadə edilməsinə, işçi götürmək əvəzinə təcrübəçi götürərək əmək haqqı və digər ödənişlərin edilməsindən yayınmaya gətirib çıxarır. Son olaraq qeyd etmək lazımdır ki, əmək müqaviləsi bağlamadan şəxsləri müvafiq işlərin görülməsinə cəlb etmək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:410
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri