Əmək müqaviləsiz işləyənlərin nəzərinə
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən əsas sənəddir. Bu müqavilə bağlandıqda işçinin hüquqları qorunur, əks halda isə bir çox əmək hüquqlarından məhrum olur.
Hüquqşünas Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, muzdla çalışan işçinin hüquqları o zaman pozulur ki, onunla qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanmır:
“Əgər əmək müqaviləsi yoxdur, deməli, işçinin digər əmək hüquqlarından danışmağa da ehtiyac yoxdur. Əmək hüquqlarına ədalətli və təhlükəsiz əmək şəraiti, məşğulluğun təmin olunması, layiqli əməkhaqqı, əməyin və sağlamlığın qorunması, sığorta olunması və digər hüquqlar daxildir. Əgər kollektiv şəkildə işçilərin hüquqları pozulursa, onlar qanunvericiliyə əsasən kollektiv mübahisələrə başlaya bilərlər. Fərdi hüquqlar pozulduqda isə işçi Əmək Məcəlləsinə görə tətil hüququndan istifadə edə bilər, lakin bu mexanizm praktikada demək olar ki, işləmir. Buna görə də işçi əvvəlcə mediasiyaya, nəticə əldə olunmadıqda isə məhkəməyə müraciət etməlidir”.
Ekspert əlavə edib ki, müəssisələrdə həmkarlar ittifaqları da fəaliyyət göstərir və bu təşkilatlar işçilərin hüquqlarını müəssisə daxilində ictimai birlik kimi müdafiə edir.
Sevinc İbrahimzadə / Metbuat.a


