Icma.az
close
up
RU
Əmək qabiliyyətini itirənlərə VACİB XƏBƏR: “Bu halda müavinət ala bilərsiniz” KONKRET

Əmək qabiliyyətini itirənlərə VACİB XƏBƏR: “Bu halda müavinət ala bilərsiniz” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pensiya yaşına çatmayan, lakin ağır xəstəlik və ya əlillik səbəbilə əmək qabiliyyətini itirən şəxslərin hüquqları müxtəlif sosial müdafiə mexanizmləri ilə qorunur. Bu cür şəxslər, iş qabiliyyətlərini itirdiklərinə görə, maddi çətinliklərlə üzləşə bilərlər. Ona görə də, dövlət tərəfindən müəyyən yardımlar və müavinətlər alırlar”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Elşad İsayev səsləndirib.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin iradəsindən asılı olmayan hallarda ləğv edilə bilər. Bu hal, əmək qabiliyyətinin altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədardır. Əmək qabiliyyətinin itirilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyin etdiyi Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) rəyinə əsaslanır”.

Hüquqşünas qeyd edir ki, əgər əmək qabiliyyəti altı aydan az müddətə müvəqqəti itirilibsə, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yoxdur.

“Lakin bir ildən çox olmayan müddətdə əmək qabiliyyətini qismən itirən işçilərə, TSEK-in rəyinə əsaslanaraq müavinət verilir. Bu müavinət, işçi işə qayıdana və ya əlillik təyin olunanadək davam edir.

Əmək qabiliyyətinin tam itirilməsi halında isə işəgötürən işçiyə orta aylıq əməkhaqqının ən azı iki misli miqdarında müavinət ödəməlidir. Bu tənzimləmələr işçilərin əmək hüquqlarının qorunmasını və onların əmək qabiliyyəti ilə bağlı şəraitin düzgün qiymətləndirilməsini təmin edir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see196

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see177

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see167

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see142

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see136

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see131

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see125

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri