Icma.az
close
up
RU
Müəllimlərə VACİB XƏBƏR: “Bu halda sertifikasiya imtahanında iştirak etməyə bilərsiniz” KONKRET

Müəllimlərə VACİB XƏBƏR: “Bu halda sertifikasiya imtahanında iştirak etməyə bilərsiniz” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 saylı qərarına əsasən tənzimlənir. 2021-2026-cı illəri əhatə edəcək birinci dövr sertifikatlaşdırılma prosesinin təşkilindən tutmuş, nəticələrdən sonrakı mexanizmin realizə olunmasına qədər hər şey məhz bu rəsmi sənədin tələbləri əsasında həyata keçirilir. Təbii ki, burada qadağalarla yanaşı, müəyyən güzəşt və istisnalar da nəzərdə tutulub.”

Bu fikirləri KONKRET.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri səsləndirib. Onun sözlərinə görə, qaydalara əsasən, sertifikasiya prosesindən 3 dəfə uğurla keçən müəllimlər birdəfəlik bu müsabiqədən azad edilirlər. Lakin bir qrup müəllimlər də var ki, onlar xüsusi hallarda sertifikasiyada iştirakdan azad olunurlar:

“Ən vacib qayda budur ki, bir müəllim çalışdığı müddətdə 5 illik intervalla mütləq 3 dəfə bu prosesdən keçməlidir. Üçüncü sertifikasiyanı da uğurla başa vuran müəllim birdəfəlik bu müsabiqədən azad olunur. Bu, müəllimlərin sertifikasiyadan azad olunması ilə bağlı ümumi müddəadır. Amma elə müəllimlər də var ki, onların prosesdən azad olunması üçün mütləq bu qaydanı tətbiq etmələrinə gərək yoxdur. Prosesin davam etdiyi dövrdə bir qisim müəllimlər sertifikasiyaya qatılmaya bilərlər. Bu müəllimlər kimlərdir? Adını çəkdiyimiz rəsmi qərara əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunan müəllimlər (5 il müddətində) sertifikasiya prosesindən azaddırlar. Lakin bu, onların birdəfəlik azad olunması anlamına gəlmir. Adını çəkdiyimiz hər üç mərhələni geridə qoyan müəllimlər növbəti etapda sertifikasiyadan mütləq keçməlidirlər”.

Ekspertin sözlərinə görə, sertifikasiyadan azad olunan müəllimlərdən danışılan zaman yaş senzi ilə bağlı məsələni də unutmaq olmaz:

“Bildiyimiz kimi qaydalara əsasən, yaşı 60 və ondan yuxarı olan müəllimlər də sertifikasiyadan azaddırlar. Yəni, bu proses onlar üçün icbari yox, könüllü şərtlərlədir. İstəyən müəllim, müsabiqəyə qoşulur, istəməyənlər isə yox. Təbii ki, diferensial maaş artımına görə bir çoxları könüllü şəkildə bu prosesə qoşulurlar. Amma biz yenə də 60-65 yaş aralığında olan müəllimlərin sertifikasiyadan azad olunduqlarını söyləyə bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri