ŞAD XƏBƏR: Bu halda işsizlikdən sığorta ödənişi ala bilərsiniz… KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İşsizlikdən sığorta ödənişi yalnız müəyyən hallarda verilir”.
Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Belə ki, iş yeri bağlandıqda və ya işçi ixtisara düşdükdə əmək müqaviləsinə xitam verilən şəxslər 6 ay ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Agentliyinin yerli şöbəsinə müraciət etməklə bu ödənişi ala bilərlər”.
Onun sözlərinə görə, ilk növbədə həmin şəxsə iki ay müddətində əvvəlki əmək haqqının 80 faizi ödənilir. Daha sonra isə 4 ay ərzində orta aylıq əmək haqqı təqdim olunur.
“Əgər işsiz vətəndaşa Məşğulluq Agentliyi tərəfindən işə göndəriş verilibsə, o, yalnız bir dəfə imtina etmək hüququna malikdir. İkinci dəfə imtina edildikdə isə bu, şəxsin işləmək istəməməsi kimi qiymətləndirilir və növbəti aydan işsizlik müavinəti dayandırılır”, – deyə hüquqşünas əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















