Icma.az
close
up
RU
Əmək qanunvericiliyi ilə bağlı təlim yekunlaşıb

Əmək qanunvericiliyi ilə bağlı təlim yekunlaşıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında həyata keçirilən təlim başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, cari ilin may-iyun aylarını əhatə edən “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda keçirilən təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasında təlimin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Kamil Bayramlı təlim iştirakçılarına təbriklərini çatdırıb, nazirlik tərəfindən kadr potensialının təkmilləşdirilməsi və inkişafı istiqamətində müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb.

Təlimçi, Bakı Dövlət Universiteti Əmək və Ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev layihənin əhəmiyyətindən danışıb, təşkilatçılara təşəkkürünü bildirib.

Mərkəzin direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov mədəniyyət müəssisələrində müasir, qanunauyğun və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda yaradıcı peşə təfəkkürünün formalaşması, tutduqları vəzifə üzrə bilik və bacarıqlarının artırılmasının qurumun prioritet vəzifələrindən olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, təlim müddətində dinləyicilər əmək qanunvericiliyinin əsasları, müəssisədə insan resursları üzrə işin təşkili və kadr kargüzarlığının aparılması, əməyin mühafizəsi qaydaları və digər mövzularla bağlı bilik və praktiki vərdişlərini təkmilləşdirmək imkanı qazanıblar.

Sonda təlim iştirakçıları test imtahanı verərək sertifikatlarla təltif olunublar.

Məlumat üçün qeyd edək ki, daha əvvəl mərkəz tərəfindən bu istiqamətdə iki təlim təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri