Əmək qanunvericiliyi işçiyə hansı hallarda kompensasiya hüququ verir?
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əmək qanunvericiliyi işçiyə müəyyən kompensasiya hüququ verir. İşçinin qanunsuz olaraq işdən azad edilməsi halında işəgötürən ona əməkhaqqının ödənilməsi, məhkəmənin qərarı ilə müəyyən edilmiş kompensasiya və ya əmək müqaviləsində nəzərdə tutulmuş digər ödənişləri təmin etməlidir”.
Bunları Newscenter.az-a deyən hüquqşünas Əli İbrahimov bildirib ki, kompensasiya məbləği işçinin iş stajına, əməkhaqqına və qanunda müəyyən edilmiş minimal hüquqlara əsasən hesablanır:
“İşçi bu hüquqlarını tələb etmək üçün dövlət əmək müfəttişliyinə müraciət edə, qanunsuz işdən çıxarılmanın ləğvini və kompensasiyanın ödənilməsini məhkəmədə tələb edə bilər”.
Əli İbrahimov qeyd edib ki, hüquqi qiymətləndirmə baxımından, işçinin xəbərdarlıq edilmədən və kompensasiyasız işdən çıxarılması həm qanunsuzdur, həm də etik baxımdan problem yaradır:
“Bu cür hallar əmək münasibətlərində ədalətin pozulması və işçinin sosial müdafiəsinin zəifləməsi deməkdir. İşçilərin öz hüquqlarını qanun çərçivəsində tələb etməsi, işəgötürənin qanunvericiliyə riayət etməsi isə əmək münasibətlərində sabitliyin və ədalətin qorunması üçün zəruridir. İşəgötürən yalnız qanunda göstərilmiş prosedurlar əsasında işdən azad etmə həyata keçirə bilər, hər hansı xəbərdarlıq edilmədən və kompensasiyasız azad etmə halları əmək qanunvericiliyinin ciddi pozulmasıdır və məhkəmə və dövlət orqanları tərəfindən hüquqi müdaxilə tələb edir”.
Süleyman
Bu mövzuda digər xəbərlər:İşçiyə hansı hallarda avans verilməlidir?
16 Noyabr 2024 17:58
İslamda əmək hüququ
16 Fevral 2025 22:01
Əmək qanunvericiliyi ilə bağlı təlim yekunlaşıb
25 İyun 2025 17:53
Əmək Liqasının sədri: Əmək müqaviləsinə bu hallarda xitam verilir
26 Noyabr 2024 14:35
Əlilliyə görə əmək pensiyası hansı hallarda təyin olunur? CAVAB
27 Yanvar 2025 14:47
Baxış sayı:44
Bu xəbər 26 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















