Icma.az
close
up
RU
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Dekabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 7 məsələnin – bir sıra qanunlara dəyişikliklərin edilməsi barədə və büdcə zərfinə daxil olan qanun layihələrinin daxil edildiyini bildirib.

Sonxeber.az xəbər verir ki, əvvəlcə, komitə sədri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Sosial sığorta haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir.

Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinə bəzi dəyişikliklər təklif olunur. Məcəllənin 69-cu maddəsinə əlavə ediləcək 3-1-ci müddəaya əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

Məcəllənin 77-ci maddəsinə təklif edilən əlavədə isə bildirilir ki, diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 təqvim günü keçənədək əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə, bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə təyin olunur.

Layihədə bir sıra digər qanunlara da müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulur.
Sonra komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Tibbi sığorta haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verilib.

Bildirilib ki, qanun layihəsi Prezidentin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planına əsasən, dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, həmçinin, ölkə başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər planı hissəsində dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən edilmiş prioritetə uyğun olaraq rəqəmsallaşmasının, istifadə rahatlığının artırılmasının və proaktiv xidmətlərin təmin edilməsi məqsədilə dövlət xidmətlərinin rəqəmsal mühitə keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində hazırlanıb.
Bununla əlaqədar qanun layihəsində əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələri üzrə məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi və sözügedən məlumatların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Qeyd olunub ki, sənəddə əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə işçinin vəzifəsi, müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, ünvanlı dövlət sosial yardımının təyin olunması, sosial müavinətlər təyin edilməsi, əmək pensiyalarının təyin edilməsi barədə, şəxsin əlilliyinin müəyyən olunmasına dair qərarlar, şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, fərdi məşğulluq proqramında iştirakla bağlı və bir sıra digər məlumatların EHİS üzərindən təqdim edilməsi təklif olunur.
Sonra Musa Quliyev "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrini üçüncü oxunuşda təqdim edib.
Komitə sədri bildirib ki, Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən sığorta fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə  9,5 faiz çoxdur. Hər iki fondun növbəti il üçün büdcələri vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.

Gündəliyin növbəti məsələləri – "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" (üçüncü oxunuş) və "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" (üçüncü oxunuş) qanun layihələri ilə bağlı məlumatında Musa Quliyev növbəti il üçün yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddinin 285 manat müəyyən edildiyini diqqətə çatdırıb. O, artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

Sonra komitə sədri sonuncu məsələni – "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Məsələlərin müzakirəsi zamanı komitə üzvləri Nigar Məmmədova və Jalə Əliyeva çıxış edərək qanun layihələrinin əhəmiyyətindən söhbət açıblar.

Komitə üzvləri gündəlikdəki qanun layihələrinin hər birini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda komitənin sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Bədəl Bədəlov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Soltan Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri