Icma.az
close
up
RU
Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Musa Quliyev gündəlikdə bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

Komitə sədri bildirib ki, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm məsələlərdən biri tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunmasıdır. Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq respublikamızda səhiyyə işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya prosesi həyata keçirilir. Bu prosesin əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinin təmin edilməsidir.

Məlumat verilib ki, sözügedən məqsədə nail olunması üçün təkcə imtahan yolu ilə deyil, eyni zamanda, dünyanın bir çox ölkəsində tətbiq olunan və Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları müəyyənləşdirilərək tövsiyə edilən davamlı peşəkar inkişaf (DPİ) mexanizminin də tətbiqi nəzərdə tutulur.

Müzakirəyə çıxarılan layihəyə əsasən, tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya imtahanında iştirak etməli və ya həmin dövr ərzində elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməlidirlər. Müəyyən olunmuş illik və beşillik minimum DPİ kreditlərini toplamayan şəxslərin yalnız sertifikasiya imtahanı vasitəsilə fəaliyyətlərini davam etdirə biləcəkləri bildirilib. Eyni zamanda, layihədə bu imtahandan keçə bilməyən şəxslərin 6 ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasının da nəzərdə tutulduğu söylənilib.

Normativ hüquqi aktlar arasında ziddiyyətlərin qarşısını almaq üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun və Əmək Məcəlləsinə uyğun olaraq “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı komitənin sədr müavini Elşad Musayev, deputatlar Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Sevinc Hüseynova, Ziyad Səmədzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev fikirlərini bölüşüblər, qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda iclasda təqdim olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin üzvləri Bədəl Bədəlov, Əziz Ələkbərov, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri