Icma.az
close
up
RU
Əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır Deputat

Əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Müasir dövrdə əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır. İnsan həyatının və sağlamlığının qorunması dövlət siyasətinin prioritetidir. Təklif olunan dəyişikliklər məhz risklərin qarşısının alınmasına, profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu deputat Nigar Məmmədova Milli Məclisdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna dəyişkiliklər layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, bu baxımdan əməyin mühafizəsi üzrə mühəndisin tətbiqi xüsusi əhəmiyyət kəsb edir:

"Bu, əmək şəraitinə peşəkar nəzarətin təmin edilməsi, təhlükəsizlik normalarına əməl olunması və mümkün pozuntuların vaxtında aşkar edilməsi deməkdir. Belə bir mütəxəssisin mövcudluğu istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin azalmasına, nəticə etibarilə isə işçilərin sağlamlığının real qorunmasına xidmət edəcək.

İkinci mühüm istiqamət isə rəqəmsallaşmadır. Əmək və inzibati proseslərdə rəqəmsal alətlərin tətbiqi şəffaflığın artırılmasına, prosedurların sadələşdirilməsinə və artıq bürokratik maneələrin aradan qaldırılmasına imkan verir. Rəqəmsallaşma işçilərin hüquqlarının daha effektiv qorunmasına işəgötürən üçün aydın qaydaların formalaşmasına və dövlət idarəçiliyinin müasir tələblərə uyğun qurulmasına xidmət edir.

Qanun layihəsi hamilə qadınların və azyaşlı uşağı olan qadınların öz müraciətləri əsasında yüngülləşdirilmiş iş rejimindən istifadə etmək hüququnu təsbit edir. Bu, qadınlara peşə fəaliyyətini ailə və uşağa qayğı ilə uzlaşdırmaq imkanı yaradır və onların əmək hüquqlarının qorunmasını təmin edir.

Eyni zamanda, üç yaşınadək uşağı olan qadının işdən azad edilməsinin qadağan olunması və bu qadağanın pozulmasına görə işəgötürənin məsuliyyət daşıması son dərəcə prinsipial bir normadır. Bu qadına həyatının ən həssas dövründə sabitlik və sosial müdafiə hissi verir. Əslində bu dəyişikliklər cəmiyyətə açıq bir mesaj verir - analıq, sosial rifah və əmək hüquqları dövlətin ən ali dəyərlərindən biridir".

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri