Icma.az
close
up
RU
“Təhsil proqramları əmək bazarına uyğunlaşdırılmalıdır” Deputat

“Təhsil proqramları əmək bazarına uyğunlaşdırılmalıdır” Deputat

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın azalması artıq rəsmi rəqəmlərdə də öz əksini tapır.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bu böhranın açıq göstəricisidir. Onun sözlərinə görə, bu il boş qalan 3700 magistratura yerinə, o cümlədən dövlət sifarişi ilə ayrılmış 1200 yerə cəmi 1418 nəfər müraciət edib və nəticədə yalnız 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin isə cəmi 96-sı dolub.

Deputat qeyd edib ki, yüzlərlə dövlət sifarişli – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalıb və ümumilikdə 3000-dən çox magistratura yeri istifadəsiz qalıb. Bu fakt təkcə marağın azalmasını yox, həm də təhsil sisteminin cəlbediciliyinə dair ciddi suallar doğurur. Onun sözlərinə görə, gənclərin dövlət sifarişi ilə verilən pulsuz imkandan imtina etməsi artıq magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması ilə bağlıdır. Bu isə həm təhsildə keyfiyyət məsələlərinə, həm də dövlətin ayırdığı resursların səmərəli istifadəsinə kölgə salır.

Ceyhun Məmmədov hesab edir ki, yaranmış vəziyyət təhsil siyasətində strateji boşluğa işarədir. Deputatın fikrincə, magistratura pilləsinin əvvəlki nüfuzunu itirməsinin qarşısını almaq üçün təhsil proqramları əmək bazarının müasir tələblərinə uyğun yenilənməli, magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalı, universitetlər isə elmi-tədqiqat imkanlarını gücləndirməlidir.

“Əgər bu tendensiya davam etsə, yaxın illərdə ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək. Boş qalan dövlət sifarişli yerlər sadəcə rəqəm deyil, gələcək üçün itirilmiş şanslardır,” – deyə millət vəkili vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri