Icma.az
close
up
RU
Əməkdaşlıq haqqında memorandum imzalanıb

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 9-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir, Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub.Akademiyanın rektoru Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcəyi bildirilib.Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək deyib ki, imzalanan əməkdaşlıq memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir. Anar Bağırov aztəminatlı və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr Akademiyada birgə əməkdaşlıq çərçivəsində ötən il 1000-dən artıq vəkilin müxtəlif mövzularda təşkil olunmuş peşəkar təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb. Bu, vəkillərin bilik və bacarıqlarının daim yenilənməsi və onların peşəkarlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Eyni zamanda Anar Bağırov qeyd edib ki, 2024-cü il ərzində Kollegiya tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu fəaliyyət əhalinin sosial həssas təbəqələrinin hüquqlarının müdafiəsinə yönəlib və hüquqi yardımın əlçatanlığını təmin etmək məqsədi daşıyır. Həmçinin ötən il həyata keçirilən pulsuz hüquqi yardım aksiyalarından 24-ü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müəssisələrində məhkumlar, 3-ü isə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün təşkil olunub. Bu təşəbbüslər vəkillik institutunun sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətinin bariz nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri