Icma.az
close
up
RU
Əməkdaşlıq üzrə memorandum imzalanıb

Əməkdaşlıq üzrə memorandum imzalanıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Türkiyənin Florence Nightingale Healthcare International Group və İstanbul Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir ki, memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”-un icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıblar. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov 5 il əvvəl üç qurum arasında imzalanmış memorandumun əhəmiyyətindən danışaraq, bildirib ki, 3 may 2019-cu ildə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale Healthcare International Group”-u və Demiroğlu Bilim Universiteti arasında imzalanmış üçtərəfli memorandum çox uğurlu, faydalı və tədbirlərlə zəngin bir layihə olmuşdur. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə “Florence Nightingale Healthcare International Group”-u bir çox tədbirlərdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial tibbi aksiyalarda birgə iştirak etmiş, Mərkəzi Gömrük Hospitalının həkimləri və tibb bacıları “Florence Nightingale Healthcare International Group”-unda təcrübə mübadiləsində iştirak etmişdilər.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bu memorandumun əhəmiyyətindən danışaraq bildirib ki, Demiroğlu Bilim Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi tibb sahəsi üzrə tədrisin bütün pillələrində tələbələr üçün yeni perspektivlər yaradacaq. Bu da öz növbəsində Mərkəzi Gömrük Hospitalının klinik bazasında təhsil alan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, Azərbaycan Tibb Universitetinin həkim-rezidentlərinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsinə, Azərbaycan üçün yüksək ixtisaslı kadrların yetişməsinə imkan verəcək. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxışında imzalanan sənədin əslində ölkəmizdə davam edən səhiyyə siyasətinə, səhiyyə islahatlarına bir dəstək olduğunu bildirib. “Florence Nightingale Healthcare International Group”-nun icraçı direktoru Sinan Nazif Aran bildirib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə imzalanmış memorandum birgə konfransların, simpoziumların təşkilində, həm də təcrübə mübadiləsində öz müsbət bəhrəsini verib. O, gələcəkdə də bu iş birliyinin birgə layihələrdə, birgə tədbirlərin təşkilində davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev bildirib ki, hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan Mərkəzi Gömrük Hospitalı və “Florence Nightingale Healthcare International Group”-u arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov “Florence Nightingale Healthcare International Group”-nun icraçı direktoru Sinan Nazif Arana və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçiyə xatirə hədiyyəsi təqdim edib.Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri