Icma.az
close
up
RU
Əməkhaqqı ayda iki dəfə ödənilsə...

Əməkhaqqı ayda iki dəfə ödənilsə...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək. Bu, bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.

Bu, ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olacaq

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi. Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.

Millət vəkili hesab edir ki, bu, yeni qayda ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olacaq: "Bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir: "Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər".

V.Bayramov xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir: "Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir".

Bunun nə vergiyə, nə dövlət büdcəsinə hər hansı təsiri var

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, sözügedən dəyişikliyin vətəndaşa böyük mənada faydası olmayacaq: "Çünki bunun nə vergiyə, nə dövlət büdcəsinə hər hansı bir təsiri var. Heç bir vergi dəyişmir. Çünki vergi məcəlləsində vətəndaşın aylıq və ya illik gəlirlərindən vergi tutulur. Əməkhaqqı istər ay ərzində 10 dəfə verilsin, istər 1 dəfə, fərqi yoxdur. Əməkhaqqı dəyişmirsə, vergi nə artır, nə azalır. Yəni o baxımdan heç bir dəyişiklik yoxdur dövlət büdcəsində, vergi sistemində. Bu dəyişikliyin məqsədi, belə deyim, vətəndaş üçün əlavə hüquqların, pulun xərclənməsində daha rahat şəraitin yaradılmasıdır. Bəzi şirkətlər zatən bunu edirdi, avans və "paluçka" sistemi deyidilər buna sovet vaxtı, bəziləri eləmirdilər. Bu dəyişikliyin vətəndaşa əslində, belə deyək də, xüsusi bir köməyi yoxdur. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Cəm dəyişməyəndən sonra büdcəyə daxil olan vəsaitin məbləği də dəyişmir. Amma yenə də, vətəndaşa əlavə hüquqlar verilir. Gec almasın əmək haqqını, bir az tez alsın. Müəyyən xərclərini qarşılasın. Bu baxımdan, yaxşı haldır, o qədər də pis deyil, pulu tez əldə edəcək, daha rahat xərcləmək imkanı yaranacaq. Dövlət üçün o qədər fərqi yoxdur, amma iqtisadiyyata müsbət təsiri ola bilər. Əmək haqqını bölünmüş halda ayda 2 dəfə almaqla xərclərini daha rahat şəkildə, bərabər paylamaq imkanı olacaq. Bu baxımdan müsbətdir. Amma məsələ burasındadır ki, indi insanlar kredit kartları vasitəsiylə də ehtiyaclarını müəyyən qədər ödəyə bilirlər. Aşağı-yuxarı əsaslı dəyişiklik deyil. Çox xərcləyən yenə çox xərcləyəcək, az xərcləyən az. müsbət tərəfi bu ola bilər ki, işçi müəyyən ehtiyacı yarandıqda maddi kömək üçün kiməsə ağız açmalı olmaz. Mənfi yox, müsbət tərəfləri var. Amma təbii ki nə insanın gəliri artır, nə vergi öhdəliyi, heç bir şey artmır".

Büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, Əmək Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir: "Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".

S.Məmmədovun dediyinə görə, yeni layihədə isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əməkhaqqı ödəmək demək olar ki, mümkün deyil: "Xüsusən büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək. Çünki Maliyyə Nazirliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə, bu, hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur".

Ailənin borclanmasının qarşısını alan vasitə

Maliyyə eksperti İsmayıl Məmmədovun fikrincə, bu mexanizm ailənin borclanmasının qarşısını alan, maliyyə yükünü yumşaldan bir vasitə kimi işləyə bilər: "Ailə qurmayan, subay, kirayədə yaşayan və xərclərini planlaşdırmaqda çətinlik çəkən bir işçi ayın əvvəlində aldığı 300 manatı plansız şəkildə xərcləyə bilər. Ayın sonuna yaxın isə kirayə haqqı və digər sabit ödənişlər üçün vəsait çatışmazlığı yaranar. Bu halda iki dəfə maaş mexanizmi maliyyə intizamını artırmaq əvəzinə, problemi dərinləşdirə bilər. İşəgötürən tərəfdən yanaşdıqda isə, xüsusilə kiçik bizneslər üçün əlavə çətinliklər meydana çıxır. Məsələn, 5 işçisi olan kiçik bir mağaza sahibi indiyədək maaşları ayda bir dəfə köçürməyə öyrəşib. Yeni sistemdə isə ayda iki dəfə bank köçürməsi etməli, iki dəfə komissiya ödəməli və ikiqat mühasibat uçotu aparmalıdır. Əgər müəssisənin elektron sistemləri zəifdirsə, bu, əlavə vaxt itkisi və xərc deməkdir. Bu səbəbdən bəzi işəgötürənlər qeyri-rəsmi şəkildə avans məbləğini minimum səviyyədə saxlamağa çalışa bilərlər ki, bu da dəyişiklikdən gözlənilən sosial effekti azaldır".

Bu layihələr əsasən aylıq ödəniş modelinə uyğun qurulub

Ekspertin söylədiyinə görə, əməkhaqqının ayda iki dəfə ödənilməsi banklar üçün də əlavə texniki və məsuliyyət yükü yaradır: "Banklar maaş layihələrini işəgötürənlə bağlanmış müqavilələr əsasında idarə edir və bu layihələr əsasən aylıq ödəniş modelinə uyğun qurulub. İki dəfə ödənişə keçid bank sistemlərində əlavə əməliyyatlar, yoxlamalar və risk idarəetməsi tələb edir ki, bu da bank üçün real xərcdir. Ayda bir dəfə olan maaş axını bank üçün daha proqnozlaşdırılandır: kart dövriyyəsi, kredit ödənişləri, overdraft və digər məhsullar bu tarixlərə uyğun planlaşdırılır. İki dəfə ödəniş zamanı isə bu axın parçalanır və banklar kredit məhsullarının risk modellərini yenidən tənzimləməli olurlar. Bundan əlavə, bank komissiyaları məsələsi də aktuallaşır. Xüsusilə, kiçik və orta bizneslərdə hər əlavə köçürmə ayrıca əməliyyat sayılır. Banklar bu əməliyyatları pulsuz etsələr, xidmətin maya dəyəri artır; komissiya tətbiq etdikdə isə işəgötürənlər narazı qalır. Bu səbəbdən bank sektorunun mövqeyi ondan ibarətdir ki, iki dəfə maaş ödənişi məcburi deyil, könüllü mexanizm kimi tətbiq olunmalı və yalnız texniki baxımdan hazır olan müəssisələrə şamil edilməlidir".

Yeni yanaşma həm real ehtiyacları qarşılayır, həm də riskləri minimuma endirir

Kart xidmətləri ilə bağlı risklər də nəzərə alınmalıdır: "Ayda iki dəfə maaş daxil olan kartlarda daha tez-tez nağdlaşdırma, balansın sıfırlanması və impulsiv xərclər müşahidə olunur. Bu isə bank üçün müştəri davranışının dəyişməsi və bəzi hallarda fırıldaqçılıq monitorinqində əlavə siqnalların yaranması deməkdir. Digər risk kreditlərlə bağlıdır. Kreditlərin böyük hissəsi aylıq maaş dövriyyəsinə uyğun qurulub. İki dəfə maaş ödənişi zamanı bəzi müştərilər vəsaiti erkən xərcləyir, ayın sonuna yaxın isə ödəniş qabiliyyəti zəifləyir. Hesab edirəm ki, ən sağlam model işçiyə seçim hüququnun verilməsidir: "Eyni müəssisədə bir işçi ayda bir dəfə, digəri isə iki dəfə maaş ala bilər. Məsələn, ailəli və kredit öhdəlikləri olan işçi iki dəfə ödənişi seçər, subay və yığım etməyə üstünlük verən işçi isə aylıq tam maaşla işləyə bilər. Bu yanaşma həm real ehtiyacları qarşılayır, həm də riskləri minimuma endirir. Əməkhaqqının ayda iki dəfə ödənilməsi düzgün tənzimləndiyi halda real həyatda borclanmanı azaldan, ailə büdcəsini rahatladan mexanizmə çevrilə bilər. Lakin avansın faizi, ödəniş tarixləri və hesablanma qaydaları dəqiq müəyyən edilməzsə, bu dəyişiklik kağız üzərində üstünlük kimi görünsə də, praktikada yeni problemlər yarada bilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri