Icma.az
close
up
RU
Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...

Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Melissa Group” şirkəti evimizin bir hissəsini dağıdan zaman xəsarət alan digər ailə üzvlərimiz və mən hazırda mülkümüzdəyik. Buradan çıxmaq fikrində deyilik. Çünki bizim gedə biləcəyimiz başqa evimiz də yoxdur.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Group” şirkətinin qanunsuz dağıtdığı evin sahibi Elarə Hacıyeva deyib.

Onun sözlərinə görə, hadisədən sonra səhhətində ciddi problemlər yaranıb:

“Hər gün təzyiqim qalxıb-düşür, stress içindəyəm, ağrılarım var. Nə qədər təcili tibbi yardım çağırmaq olar, artıq utanıram”.

E.Hacıyeva bildirib ki, hadisədən ötən müddət ərzində şirkət heç bir addım atmayıb:

“Hazırda məhkəmə prosesi davam edir. Media bizə bu məsələdə çox dəstək oldu, hamıya təşəkkür edirəm”.

Ailənin vəkili Ülvi İsmayılov bildirib ki, fakt üzrə başlanan cinayət işi üzrə istintaq davam edir.

Müdafiəçinin sözlərinə görə, “Melissa Group”la ev sahibləri arasında hazırda hər hansı formada barışıq əldə olunmayıb, şirkət buna cəhd də göstərmir:

“Bununla bağlı bizə müraciət olunmayıb. Əgər onlar barışıq üçün addım atsalar, məhkəmənin qərarının dəyişdirilməsi üçün əsas ola bilər (“Melissa Group”un sahibi Qalib Məmmədov və şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində seçilən bir aylıq həbs qətimkan tədbiri – red.). Amma indiki vəziyyətdə barışıqla bağlı müraciət və təşəbbüs yoxdur”.

Ü.İsmayılov deyib ki, ailənin tikinti şirkətinin rəhbər şəxslərindən 2 milyon manat tələb etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır:

“Çünki belə bir tələb olmayıb. Ailə öz evinin haqqı olan vəsaiti tələb edib. Ev 5 mərtəbədən ibarətdir. Həmin evin dəyəri də 600-700 min manatdır. “Melissa Group”dan həmin məbləğdə pul istənilib”.

Vəkil həmçinin təqsirləndirilən şəxslərin Xətai Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayəti verməmələrini belə izah edib:

“Ola bilsin ki, onlar qərarla razılaşıblar. Buna görə də şikayət verməyiblər. Əgər şikayət verilsəydi, bizə bu barədə məlumat gələrdi. Ehtimal olunur ki, onlar barələrində ev dustaqlığının seçilməsi üçün məhkəməyə müraciət edəcəklər. Bu səbəbdən də barələrində iki ayrı-ayrı məhkəmə qərarının olmasını istəmirlər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi mütləqdir. Məhkəmə barışıq ərizəsinin olmasını nəzərə alır. Onlar zərərçəkmiş şəxslə barışmalıdırlar, o zaman ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Çünki məhkəmələr vətəndaşların hüquqlarını qoruyurlar, vətəndaşın mövqeyi bu qərarın dəyişməsi üçün əsas götürülür. Barışıq olmasa, qərarın dəyişməsi də mümkün deyil. Hazırda da barışıq üçün hər hansı bir addım atılmayıb”.

Xatırladaq ki, martın 27-də “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, evi qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev saxlanılıb. Martın 29-də Xətai Rayon Məhkəməsi onlar barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Q.Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 32.3.-cü (Cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə) maddələri ilə ittiham verilib.

Q.Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri