Icma.az
close
up
RU
“Əməliyyat prosesinin sosial şəbəkələrə qoyulması qadağan edilməlidir” Tanınmış həkimdən ÇAĞIRIŞ Yeni Çağ Media

“Əməliyyat prosesinin sosial şəbəkələrə qoyulması qadağan edilməlidir” Tanınmış həkimdən ÇAĞIRIŞ Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən sosial şəbəkələrdə cərrah mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı iş yoldaşları tərəfindən doğum günü qeyd edilməsi ictimai qınağa səbəb oldu. Sosial şəbəkə istifadəçiləri otağa daxil olan həkimləri sterilizə qaydalarını pozmaqda, əməliyyat vaxtı həkimin fikrinin yayındırılması və həkimin bunu xoş qarşılamasını tənqid edirdilər.

Yenicag.az olaraq həkim Adil Qeybulladan görüntü ilə bağlı fikirlərini öyrəndik. Sözügedən görüntünün doğru və yanlış tərəflərini izah edən həkim bildirdi ki, bu baş verənlər qəti şəkildə məsuliyyət yaradır və doğru davranış deyil:

“Əməliyyat otağında ora aid olmayan hər hansı bir fəaliyyətin icrası qadağandır. Nəzərə almaq lazımdır ki, aseptika və antiseptika, sterilliyin gözlənilməsi təbabətdə çox mühümdür. Bundan xəstənin bəzən taleyi asılı ola bilir. Bu baxımdan, əməliyyat otağına, hətta klinikanın öz işçilərinin belə, yəni işi orda olmayan adamın girməsi qəti qadağandır. Burada əməliyyat prosesinə rəhbərlik edən cərrahın fikrinin dağıdılması, əməliyyat vaxtının uzadılması kimi hallar xəstənin həyatına problem yarada bilər. Ona görə də baş verən hadisə xoşagəlməz hadisədir”.

A. Qeybulla həmçinin qeyd edib ki, video çəkilişin əvvəlcədən planlaşdırılması hüquqi məsuliyyət yaradır:

“Həm də bunun göstərişli şəkildə olması göstərir ki, bu hadisədə əvvəlcədən düşünülmüş niyyət var, proses əvvəlcədən planlaşdırılıb. Bütün bunlar əlavə məsuliyyət yaradır, yeri gəlsə hüquqi məsuliyyət də yarada bilər. Digər tərəfdən, xəstənin məlumatlarının ictimailəşdirilməsi həm etik həm də hüquqi məsuliyyət yaradır. Əməliyyatların gedişinin sosial şəbəkələrə qoyulması, müxtəlif cür ictimailəşdirilməsi bir mənalı şəkildə qadağan edilməlidir”.

Nurlan Cəfəri

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri