Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi Həkimdən şikayətçidir

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi Həkimdən şikayətçidir

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

“Qafqazinfo”ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib.

O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasını xahiş edib: “Oğlum Adilin səhhətində yaranmış problemə görə onu martın 11-də “SPERO Hospital”a apardıq. Oradakı KT müayinəsi nəticəsində oğlumun dalağının arxa hissəsində qan toplanması (hematoma) olduğu bildirildi. Elə həmin gün Adili dərhal Respublika Diaqnostika Mərkəzində həkim İlqar İsmayılovun qəbuluna apardım. O, övladımın dərhal cərrahi əməliyyat edilməsinin zəruri olduğunu bildirdi. KT və analizlərin nəticəsinə əsasən tam diaqnoz təyin edə bilmədiyi üçün ilk öncə endoskopik (kamera ilə), əgər zərurət yaranarsa, açıq əməliyyata keçəcəyini bildirdi. Əməliyyatdan sonra İlqar İsmayılov mənə prosesin uğurlu olduğunu, qan yığıntısının təmizləndiyini və bir azdan palataya keçiriləcəyini dedi. Lakin qan yığınının nədən yaranması barədə dəqiq məlumat vermədi”.

Şikayətçi bildirib ki, oğlu 6 gün xəstəxanada qalıb: “Martın 12-si həkimdən oğlumun səhhəti barədə soruşdum. Dedi ki, hər şey qaydasındadır. Amma Adil palatada yatdığı müddətdə hər gün ağrılarının olduğunu və ağrıkəsici dərmanların vurulduğunu söyləyirdi. Hətta ağrıdan səhərə qədər yata bilmədiyini deyirdi. İlqar həkimdən bu ağrıların səbəbini soruşduqda əməliyyatın ağrısının olduğunu söyləyirdi, amma uşağımın ağrıları dayanmırdı. Martın 17-si onun köməkçisi olan Ramil həkim oğlumu xəstəxanadan çıxara biləcəyimizi deyərək qalan məbləği gətirməyimi söylədi. Həkimə tərəfimizdən ümumilikdə 5 000 manata yaxın pul verildi. Çıxarış sənədlərini soruşduqda bayramdan sonra veriləcəyini bildirdi. Oğlum mənə həmin günü UZİ-dən (USM-dən) keçdiyini və həkimin ona hər şeyin qaydasında olduğunu söylədiyini dedi”.

Ərəstun Rzayevin sözlərinə görə, evə gətirildikdən sonra da övladının ağrıları davam edib: “Martın 19-da Adili İlqar həkimin yanına apardım və ona dedim ki, uşağımın ağrıları hələ də keçmir. O, qarın nahiyəsinə iki barmağı ilə baxaraq heç bir şey olmadığını, hər şeyin qaydasında olduğunu dedi. Mən nə qədər narahatlıq hissimi bildirsəm də, təşviş üçün heç bir əsas olmadığını deyərək məni arxayın saldı. Martın 22-si oğlumun ağrıları artdığı üçün həyat yoldaşım Ramil həkimlə danışıb, o da KT müayinəsindən keçirməyi söyləyib. Bayram günləri olduğu üçün heç bir yer işləmədiyinə görə martın 23-də “SPERO Hospital”da Fariz həkimin yanında KT müayinəsindən keçirdik. Nəticəni Fariz həkim İlqar İsmayılova vatsap vasitəsilə atdı. Yoldaşım İlqar həkimə səs atdıqda o bildirdi ki, “mən səs yazılarına qulaq asmıram və ölkə xaricindəyəm, uşağınızı başqa dövlət xəstəxanasına yerləşdirin”. Artıq 1 saylı Kliniki Tibbi Mərkəzə oğlumu çatdırdıqda təcili əməliyyata alındı, əməliyyat masasında dalağının partladığı, qarın boşluğunun qanla dolu olması məlum oldu. Əfsus ki, oğlumu xilas etmək mümkün olmadı. Təəssüfləndirici digər məqam odur ki, İlqar İsmayılov bir dəfə belə olsa, bizə zəng edib xəstə ilə maraqlanmadı, telefonlarımıza cavab vermədi, oğlum vəfat etdikdən sonra adi başsağlığı belə vermədi”.

Mərhumun atası övladının ölümünə keçirdiyi dalaq əməliyyatı və sonrakı ağırlaşmaların səbəb olduğunu düşünür: “Bütün faktlar əməliyyatı həyata keçirən Respublika Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhvinin olmasını göstərir. Oğlum barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnamədə bilavasitə ölümə səbəb kimi trombositlərin keyfiyyət qüsurları, Bernar Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası göstərilib, patoloji prosesin başlanması ilə ölüm arasında fərqin 12 gün olması qeyd edilib. Patoloji prosesin başlanması ilə ölüm arasında zamanın 12 gün qeyd edilməsi ölümün səbəbinin birbaşa olaraq İlqar İsmayılov tərəfindən edilmiş əməliyyat olduğuna işarə edir. Çünki həmin əməliyyat ölümdən 12 gün qabaq edilmişdi”.

Ə.Rzayev hadisə ilə bağlı aparılan araşdırmaların gedişatından narazı olduğunu əlavə edib: “İş üzrə araşdırmanın Abşeron Rayon Prokurorluğunda aparılmasının məntiqi izahı yoxdur. Əməliyyat baş verən ərazinin Abşerona heç bir aidiyyəti yoxdur. Oğlum Yasamal rayonunda yerləşən klinikada əməliyyat edilib və işə bu rayonun prokurorluğunda baxılmalıdır. Oğlumun vəfatından sonra onun dalağı tərəfimizdən özəl klinikalardan birinə təhvil verilsə də, bizim xəbərimiz və məlumatımız olmadan götürülərək ekspertizaya təqdim edildiyi bildirilib. Bütün bunların bizə heç bir məlumat verilmədən aparılması məndə araşdırmanın ədalətli araşdırılmadığı və nəticənin də ədalətli olmayacağı qənaətinə gətirir. Hazırda iş üzrə ekspertiza təyin olunub. Xahiş edirəm, məsələyə obyektiv baxılsın və faktla bağlı cinayət işi açılaraq ətraflı istintaq tədbirləri həyata keçirilsin”.

Məsələ ilə bağlı prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırmalar davam etdirilir. Ekspertizanin rəyinə əsasən, cinayət işi açıla bilər.

İttihamlarla əlaqədar həkim İlqar İsmayılovla da əlaqə saxladıq. O, saytımıza açıqlamasında Adil Rzayevin ölümünün onun 11 mart tarixində keçirdiyi cərrahi əməliyyatla əlaqəli olmadığını deyib: “Adil Rzayev təsadüfən bizim yanımıza gəlməyib. Onun atası Ərəstun bəyi bir neçə ay əvvəl bağırsaq xərçənginə görə çox mürəkkəb əməliyyat etmişdik. O da gecikdirilmiş vəziyyətdə yanımıza gəlmişdi. Uğurlu əməliyyat oldu. Adil isə bizə müraciət etməmişdən təxminən 6 ay əvvəl beyin qanaxması - insult keçirmişdi, daha sonra başqa bir mərkəzdə öd kisəsindən əməliyyat edilmişdi. Bundan sonra qarındakı ağrılarla bizə müraciət etmişdi. 1 həftə evdə nəzarətsiz saxlayıblar və müayinə edərkən məlum oldu ki, 1 həftədir qarın boşluğuna qan yığılıb və böyükölçülü qan laxtasını götürmək üçün təcili əməliyyat etmişik. 

Əməliyyatla qan laxtasını götürdük, əməliyyatın videosu da mövcuddur. Orada görünür ki, dalaq sağlamdır, hər hansı qanaxma yoxdur. 1 həftə xəstəxanada qaldı və müayinələr də göstərdi ki, əməliyyat etdiyimiz yer təmizdir və evə buraxıldı. Sonradan kontrola gəldikdə də baxdıq və məlum oldu ki, vəziyyəti kafidir. Daha sonra bayram günlərində bizim və komandamızın Bakıda olmadığı dönəmdə anası zəng edib ki, kəskin ağrıları başlayıb. Biz də dedik ki, dərhal tomaqrafiyadan keçsin. KT edən həkim də bizə müayinənin nəticəsini göndərdi, səs də göndərdi və dedi ki, Adildə başqa yerdə qanaxma var. Məlum oldu ki, bu dəfə tamamilə başqa yerdə - dalağın içində qanaxma var. Anasına bildirdik ki, təcili əməliyyata ehtiyac ola bilər, dərhal xəstəxanaya aparılsın. Sonra Kliniki Tibbi Mərkəzə aparılıb və orda əməliyyat vaxtı vəfat edib. Ölümə nə səbəb olub hələ ki, bilinmir. Bizdə olduğu müddətlə, keçirdiyimiz əməliyyatla heç bir əlaqəsi yoxdur ölümün. Çox güman ki, xəstənin damar problemi olub. Biz bütün bunları xəstənin yaxınlarına izah etdik. Ola bilər ki, emosional vəziyyətlə bağlı şikayət edirlər”.

Fotoda: İlqar İsmayılov

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri