Əməliyyatla orqan köçürülən şəxs quduzluğa yoluxub öldü
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də orqan transplantasiyası nəticəsində quduzluğa yoluxan şəxs ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamentindən verilən məlumata görə, xəstə köçürülmüş orqan vasitəsilə quduzluğa yoluxub.
Şəxsiyyəti açıqlanmayan xəstə yanvar ayında vəfat edib. Xəstə Ohayo ştatındakı xəstəxanada orqan transplantasiyası əməliyyatından təxminən bir ay sonra dünyasını dəyişib.
Səlahiyyətlilər xəstənin kimliyini və hansı orqanın transplantasiya edildiyini açıqlamayıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ilə işləyən Miçiqan və Ohayo səhiyyə şöbələri hadisəni araşdırıb. CDC-nin Quduzluq Laboratoriyası da diaqnozu təsdiqləyib.
Səhiyyə orqanları xəstə ilə təmasda olan bütün insanları, xüsusən də tibb işçilərini quduzluq riski baxımından qiymətləndirib. Zəruri hallarda təmasdan sonra qoruyucu tədbirlər görülüb.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Mart 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















