Əməyin təhlükəsizliyinə dair Konvensiyanın təsdiqi barədə qanun layihəsi müzakirə olunur
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 fevral, AZƏRTAC
Milli Məclis Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib. Sənəd Preambula və 14 maddədən ibarətdir.
Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında milli siyasət, milli sistem və milli proqramları hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem və milli proqramlar vasitəsilə fəal tədbirlər görür.
Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydə alınmaq üçün Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir və qeydə alındığı tarixdən on iki ay sonra qüvvəyə minir.
Bu Konvensiyanı ratifikasiya edən üzv onun ilk qüvvəyə mindiyi tarixdən on il keçdikdən sonra Beynəlxalq Əmək Bürosunun Baş direktoruna qeydiyyat üçün göndərilmiş aktla onu denonsasiya edə bilər. Belə denonsasiya qeydə alındığı tarixdən bir il sonra qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Fevral 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















