Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.
Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.
C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.
C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verən də isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.
Buna görə də ər-arvad arasında va başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 31 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















