Murad Abdullayev: SOCAR dünyada 3 cü dəfə “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, dünyada indiyə qədər 250 şirkətə bu mükafata layiq görülüb.
Murad Abdullayev qeyd edib ki, SOCAR dünyada 3-cü dəfə “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir: “Bu, SOCAR-da olan sistematik rəqəmsal transformasiyanın doğru istiqamətdə getməsinin göstəricisidir. Sistematik rəqəmsal transformasiya sahəsində bu qədər yaxşı nəticələr əldə etməyimizin səbəbi də odur ki, biz transformasiyanı hansısa bir layihəni, texnologiyanı tətbiq etmək üçün deyil, şirkətin strategiyasına və hədəflərinə uyğun şəkildə həyata keçiririk. Bizim hədəflərimiz də səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid, insanların yeni texnologiyalardan istifadə etmək bacarığını artırılmasıdır”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatı təqdim edilib.
“SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















