Emil Balayev: “Bu rəqabət üçün darıxmışdım”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin qapıçısı Emil Balayev Maltaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.
Futbolpress.az xəbər verir ki, qolkiper media nümayəndələri ilə görüşdə bunları dedi:
– Uzun müddət sonra milli komandaya qayıtdım. Bu, məni sevindirdi. Etimada görə təşəkkür edirəm. Fikirləşirəm ki, maraqlı oyun olacaq. Komandada yaxşı atmosfer var. Bakıda üç, burda da dörd gündür, hazırlaşırıq. Ailə atmosferi var. Sabah maraqlı oyun olacağını düşünürəm.
– Sizi uşaqlıqdan tanıyıram. Zaman-zaman Şahruddin Məhəmmədəliyevlə rəqabətdə olmusunuz. İndi yenə eyni vaxtda bir komandadasınız. Darıxmışdınız?
– Bəli. Şahruddinlə həmişə bir-birimizi dəstəkləmişik. “Qarabağ”a təzə keçdiyim dönəmlərdə yığmada mən idim, klubda Şahruddin. O, mənə çox dəstək olub. Dostcasına rəqabət aparmışıq. Bu rəqabət üçün darıxmışdım. Şahruddinlə qardaş rəqabəti var.
– Rza Cəfərovla rəqabət necədir?
– Rza həm “Neftçi”nin oyunçusudur, icarədən qayıdıb və birlikdə düşərgədə olacağıq. Onunla rəqabəti də görərik.
Elçin Cəlilov
Avstriya, Bad Volsersdorf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 31 Avqust 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















