Şahruddin Məhəmmədəliyevlə rəqabət üçün darıxmışdım Emil Balayev
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandasının qapıçısı Emil Balayev malta ilə keçiriləcək yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 32 yaşlı qolkiperin fikirlərini diqqətinizə çatdırır:
- Üç il sonra milliyə qayıtdım. Ayxan Abbasova və digər məşqçilərə təşəkkür edirəm. Burada olduğuma görə çox sevinirəm. Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur.
- Şahruddin Məhəmmədəliyevlə rəqabət üçün darıxmışdın?
- Təbii ki, darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabət tamamilə başqadır. Mövqeyimiz eyni olsa da, həmişə bir-birimizi dəstəkləmişik. "Qarabağ"da Şahruddin əsas heyət oyunçusu olanda millidə mən oynayırdım. "Qarabaöğ"da mən Şahruddinə, millidə o mənə dəstək olurdu. Biz bir-birimizə qarşı çox sağlam, dostca rəqabət aparmışıq.
- Rza Cəfərovla rəqabət necədir?
- Rza icarə əsasında "Qəbələ"də idi. Artıq onun icarə dönəmi başa çatıb. Onunla "Neftçi"dəəki rəqabəti də gələcəkdə görərik.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 04 İyun 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















