Icma.az
close
up
RU
Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”

Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz Qol.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Qələbəni necə şərh edərdiniz?

- Bizim üçün çətin səfər oyunu idi. “Şamaxı” həqiqətən də yaxşı kollektivdir. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar da burada çox xal itiriblər. Əzmkar oyunçularla seçilən komandadır. Bu səbəbdən də matça çox ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətimizdə zədəli oyunçu çoxdur. Məsuliyyəti hər bir futbolçu dərk edirdi. Baş məşqçimiz qapıçını da oyunçu kimi belə meydana buraxsa, qələbə üçün canımızı qoyarıq. Hər oyunçu əzmkarlığı, istəyini meydançada qoydu. Şükürlər olsun ki, qələbə qazandıq.

- Bir neçə turdan sonra sizi yenidən start heyətində gördük.

- İlyarımlıq zədədən sonra bir neçə matçda meydana çıxmışdım. Lakin bu, ilk “quru” oyunum idi. Əvvəlki matçlarda qapımdan top buraxmışdım, bu dəfə isə rəqibin fərqlənməsinə imkan vermədik. Sevinirəm ki, oyun bu nəticə ilə bitdi. Komandada 30 futbolçu varsa, hər biri meydana çıxa bilər. Kimə şans verilsə, əlindən gələni etməli, yaxaladığı fürsəti dəyərləndirməlidir.

- Qeyd etdiyiniz kimi, heyətdə zədəli futbolçular çoxdur. Qarşıda isə “Neftçi”ni “Zirə”, “Qarabağ” və “Sabah”la oyunlar gözləyir. Bu çətin qrafikə komanda nə dərəcədə hazır olacaq?

- Bu, psixoloji cəhətdən bizə təsir etməli deyil. Biz “Neftçi”yik, nəyisə səbəb kimi göstərmək olmaz. Rəqibin kimliyi önəm daşımır. Təbii ki, heç kim zədədən sığortalanmayıb. Ona görə də qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Hər futbolçu məsuliyyəti dərk edir. Ola bilər, taktiki, texniki cəhətdən hansısa səhv olsun, lakin həmin çatışmazlığı istək, əzmkarlıq və mübarizliyin sayəsində sığortalamalıyıq.

- Matçdan sonra azarkeşlərlə dialoqunuz oldu. Nə barədə danışırdınız?

- İlk növbədə azarkeşlərə təşəkkürümü bildirdim, səfərdə oynasaq da, onların sayəsində özümüzü evdəki kimi hiss etdik. Söhbət etdik. Hamımız - azarkeşlər də, futbolçular da başa düşürük ki, “Neftçi” həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparıb. Biz də istəyirik ki, komanda yüksək nəticələr qazansın, Avropaya yollansın. Şanslarımız bitməyib. Hər şeyi edəcəyik ki, istəyimizə çataq.

- “Sabah” və “Turan Tovuz”un ardıcıl xal itkiləri “Neftçi”ni dördüncü yeri tutmağa ümidləndirib?

- Bəli, riyazi olaraq şansımız var. Lakin indiki məqamda gələcək oyunları deyil, yalnız hər növbəti matça köklənməliyik. Qismət Allahdandır. Biz beynimizdə bilməliyik ki, hədəfimiz var və əlimizdən gələni etməliyik ki, ona çataq. İnanıram ki, “Neftçi” ailəsinin hər bir üzvü bunu dərk edir.

- Çempionatda şanslarınız qalsa da, əsas ümid kubokadır. “Sabah”la cavab matçında geridönüş etmək mümkün olacaq?

- Dediyim kimi, biz yalnız hər növbəti matçı düşünürük. İndi kubok barədə düşünmürük. Qarşıda bizi “Zirə” ilə çətin çempionat oyunu gözləyir. Bütün fikrimiz yalnız həmin matçdadır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri