Emin Əmrullayev: Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son on ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keyfiyyətə gəlincə müəyyən problemli nüanslar var və bunu təkmilləşdirmək lazımdır:
"Bu çağırış tək bizdə yox, qlobal səviyyəli məsələdir. Təhsillə əlaqəli daha bir məqam adambaşı maliyyələşmə mexanizmidir. Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir. Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada qeyri disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu işdə əsasdır".
Baxış sayı:64
Bu xəbər 10 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















