Icma.az
close
up
RU
Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”

Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib.

- Matçdan öncə 3:1 kimi hesabın olacağını təxmin edərdiniz?
- Təbii ki, “Qarabağ”a inamımız daim var. Bu oyunda da var idi. “Qarabağ”ı və azarkeşlərini, futbol camiəsini qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun oldu. Ağdam təmsilçisi hesabda geri düşsə də, möhtəşəm geridönüş etdi. Futbolçuların həm fərdi ustalığı, həm komanda şəklində oyunu sonda təmsilçimizə layiqli qələbə qazandırdı. Həqiqətən də “Qarabağ” çox yaxşı futbol sərgilədi.

- Azərbaycan çempionu rəqibini əsasən nəyin hesabına məğlub etməyi bacardı?
- Komandamız oyun intizamından qopmadı, futbolçular fərdi və kollektiv şəkildə ortaya çox yaxşı oyun qoydu. Belə olduğu halda, istədiyiniz nəticəni qazana bilirsiniz. “Qarabağ” həm istəkli, həm də intizamlı, effektiv idi. Nəticədə də qalib gəldi.

- Sanki Macarıstan klubu “Qarabağ”dan qorxurdu, çəkinirdi. Razısan?
- Ola bilər ki, "Ferentsvroş" "Qarabağ"dan ehtiyat edirdi. Amma biz ilk oyunda gördük ki, onlar "Qarabağ"dan qorxmurlar. Sadəcə təmsilçimizin gözəl və əzmkar oyunu qələbəyə gətirib çıxardı. Yoxsa, “Ferentsvaroş”un özü də yaxşı, güclü komandadır. Sadəcə “Qarabağ” əla çıxış etdi və qələbə qazandı.

- Demək olar ki, "Qarabağ" ÇL-in liqa mərhələsi məsələsini artıq 90 faiz həll edib? Macarlar Bakıda geridönüş edə bilərki?
- "Qarabağ" mərhələni böyük ehtimalla həll edib. Amma yenə də cavab görüşü var. İnanıram ki, ikinci matçında da "Qarabağ" evdə rəqibini məğlub edərək, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edəcək. Təmsilçimizin şansı yüksəkdir. Lakin Macarıstan təmsilçisi də bu dəqiqə cavab matçını səbirsizliklə gözləyir. Ümid edirəm ki, “Qarabağ” istədiyi nəticəni əldə edə biləcək.

- Bəs, “Qarabağ”ın hücumçusuz qruplara doğru getdiyi kimi səslənən fikirlərlə razısız? Sizcə, hücumçu transferinə ehtiyac var?
- Oyunçu transferləri klubla, məşqçilər korpusu ilə bağlı olan məsələdir. Yəqin ki, qrup mərhələsinə vəsiqəni təmin etdikdən sonra ola bilər hücumçu transfer etsinlər. Həm Nəriman Axundzadə, həm Musa Qurbanlı heç bir legioner forvardan aşağı səviyyədə deyil. Onların oyun təcrübəsi də var. Matçdan-matça "Qarabağ"a kömək edəcəklərinə inanıram.

“Qəbələ” “Zirə”yə qarşı - YENİLƏNİR 50-ci səfər qolu, 35-ci qələbə “İmişli”nin müdafiəçisi: “Nəticələrdən 100 faiz razı deyiləm” Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik" Elmar Baxşıyev: “Penalti epizodu qərarı səhv idi”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri