Icma.az
close
up
RU
Emin İmaməliyev: Fikrimcə, Qarabağ Lion üzərində layiqli qələbə qazanacaq

Emin İmaməliyev: Fikrimcə, Qarabağ Lion üzərində layiqli qələbə qazanacaq

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına müsahibə verib.

- “Qarabağ” sabah “Lion” önünə çıxacaq. Azərbaycan çempionunun bu matçdakı şanslarını necə dəyərləndirirsən? 
- "Qarabağ"ın "Lion"la matçda qələbə qazanmaq şanslarının yüksək olduğunu düşünürəm. Məncə, elə Fransa klubunu məğlub edə bilərik. Fikrimcə, "Qarabağ" "Lion" üzərində layiqli qələbə qazanacaq. Özü də, yaxşı oyunla. 

- “Qarabağ”ın “Bodo Qlimt” üzərində qələbəsindən sonrakı periodunu necə görürsən? Komanda Premyer Liqada da uğurlu çıxışına davam edir...
- "Qarabağ"a "Lion"la matçda uğurlar arzulayıram. Əlbəttə ki, "Bodo-Qlimt"lə oyundan sonra "Qarabağ" özünəinamı geri qaytarıb. Söhbət avrokuboklardan gedir. Norveçdə də vacib qələbə qazandılar. "Qarabağ" Norveçdəki qələbədən sonra şanslarını saxladı. Bu mənada, “Lion”la görüşə inamlı çıxacaqlar. Təbii ki, rəqib də yaxşı komandadır. Amma mən “Qarabağ”a inanıram.

- Ağdam klubunda Marko Veşoviç və Marko Yankoviç də sıraya qayıdıb. Demək olar ki, kadr problemi yoxdur. Ümumiyyətlə, əvvəlki avrokubok matçlarında Veşoviçin olmaması nə dərəcədə təsir etmişdi? 
- Əlbəttə ki, bütün oyunçuların heyətdə olması böyük üstünlükdür. “Qarabağ”da kadr problemi yoxdur. Bu, əladır. Allah qoysa, “Qarabağ” evdə öz azarkeşləri qarşısında yaxşı oynayaraq, aktivinə növbəti üç xalı yazdıra bilər. 

- Azərbaycan çempionunu ən azından pley-off qrupundan bir xal ayırır. Yəqin ki, onların bu nəticəyə imza atacağına inanırsan? 
- Hər şey “Qarabağ”ın öz əlindədir. Komandamızın pley-off mərhələsinə çıxacağına çox inanıram. Onlar bunu oyunları ilə göstərir. “Lion”un son oyunlarını nəzərə alsaq, pis təsir bağışlamır. Sadəcə problemləri varsa, ondan da istifadə edib, evdə onları məğlub etmək olar. “Qarabağ”a bir daha uğurlar arzulayıram. İnanıram ki, “Lion”la matçda gözəl oyunla, gözəl qələbə qazanacaq.

- Səncə, təmsilçimiz yeni formata çətin adaptasiya oldu?
- Yeni format bütün klublar üçün eynidir. Düzdür, kim necə adaptasiya olur, kim necə hazır olursa, o da o cür oynayır. Yeni formatda pley-off mərhələsinə vəsiqə qazanmaq o qədər də çətin deyil. Özünə uyğun rəqibləri üstələməlisən ki, ən azından 9-10 yığasan. Bu qədər xal yığanda, pley-off mərhələsinə çıxırsan. İnanıram ki, “Lion”u məğlub etdikdən sonra, bir oyunda da qalib gəlib “Qarabağ” pley-off mərhələsinə vəsiqəni təmin edər.

Ceyhun Sultanov: “Bu kimi şeylər bizə mənfi təsir göstərə bilər” Elşad Əhmədov: “Qarabağ”ı üstün tərəf hesab edirəm” Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var" Yassin Benzia: "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır" Berezutskinin köməkçiləri müəyyənləşib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 Noyabr 2024 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri