Icma.az
close
up
RU
Emin İmaməliyev: Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq

Emin İmaməliyev: Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib.

- “Qarabağ” ölkə kubokunun finalında “Sabah”a uduzdu. Belə nəticə olacağını ehtimal etmişdiniz?
- Maraqlı oyun olacağını ehtimal edirdim. Çox gözəl final oldu. Əla oyun alındı. Sadəcə həmin gün idman xoşbəxtçiliyi “Sabah”ın tərəfində idi. “Sabah” 1:2 uduzurdu, son saniyələrdə bərabərlik qolunu vurdu. 120-ci dəqiqədə isə üçüncü qolu vuraraq qalib gəldi. Özü də, Tellur Mütəllimovun qolu elə vaxtda vuruldu ki, “Qarabağ”ın hesabı bərabərləşdirmək üçün vaxtı qalmadı. Çox gözəl final idi. “Sabah”ı təbrik edirəm kuboku qazandılar, Avropa Liqasında da uğurlar arzulayıram. “Qarabağ”a da Çempionlar Liqasında uğurlar arzulayıram.

- “Qarabağ”ın “Sabah”la görüşdə arxayınçılığın qurbanı olduğunu düşünmək olar?
- Hər iki komanda qələbəyə layiq idi. Sadəcə həmin gün idman xoşbəxtçiliyi “Sabah”ın tərəfində idi. Deməzdim ki, bir komanda çox istədi, o biri yox. Məncə, həm “Sabah”, həm də “Qarabağ” kuboku qazanmağı çox istəyirdi. Məqsədləri də bu idi.

- Hər halda, ölkə kubokunun finalı və “Sabah”ın kuboku qazanması göstərdi ki, yeni mövsüm çempionluq mübarizəsində daha qızğın mübarizə gedəcək?
- Əlbəttə ki, yeni mövsüm üçün hər klubda dəyişiklik olacaq. Çünki bilirik ki, legioner limiti yığışdırılıb. Ona görə də, hər klub yəqin indi də transfer işləri ilə məşğuldur. Öncədən də nəsə demək olmur. Çünki bu, klubların hansı səviyyədə futbolçu transfer etməyindən asılıdır. Amma bir şeyə əminəm ki, yeni mövsüm bizi olduqca maraqlı çempionat gözləyir. İndidən deyə bilmərəm ki, hansı klub hansı səviyyədə olacaq. Bu, klubların transfer siyasətindən, legionerlərin səviyyəsindən asılı olacaq. 

- Hansı müddətdən sonra bunu ehtimal etmək olar?
- Fikir bildirmək üçün yeni sezonun startından 3-4 tur keçməlidir. Məhz bundan sonra 70-80 faiz bilmək olar ki, hansı klub hansı səviyyədədir. Yeni oyunçular gələcək, yeni heyətlər qurulacaq. Bu mənada deyirəm ki, indi nəsə demək doğru olmazdı. Fürsətdən də istifadə edib, avrokuboklarda iştirak edəcək klublarımıza uğurlar arzulayıram.

- “Qarabağ”ın hücum xəttinə necə, yeni forvarda ehtiyac var? Yoxsa, düşünürsünüz ki, Musa Qurbanlı və Nəriman Axundzadə ilə davam etmək olar?
- Mən həmişə demişəm, transfer işləri ən çox məşqçilər tərəfindən müzakirə edilir. “Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq. Yoxdursa, Nəriman Axundzadə və Musa Qurbanlı ilə davam edəcəklər. Yəni, bu məsələ sırf baş məşqçi və köməkçilərinin verəcəyi qərardan asılıdır.

Futbolun İnkişaf Fondunun maliyyə hesabatı açıqlanıb “Neftçi”dən ilk transfer - RƏSMİ Fernandu Santuşun mətbuat konfransı keçiriləcək “Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri