Emin Mahmudov: “Şükür Allaha ki, yaxşı qurtardıq”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqədə fəal idik. Lakin sonradan xeyli sayda top itkilərimiz oldu. Bu da “Qəbələ”yə inam verdi və onlar başladılar topla yaxşı oynamağa. Biz də oyunun ipini itirdik. Şükür Allaha ki, yaxşı qurtardıq, yekunda qələbə qazandıq, yolumuza davam edirik”.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Premyer Liqanın 9-cu turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, yaxşı oynamasalar da, qalib gəliblər:
“Əvvəlki oyunda bundan yaxşı oynamışdıq, lakin qələbə qazana bilməmişdik. Bəzən belə hallar olur. Yaxşı oynayıb qələbə qazana bilmirsən, rəqibdən üstün olmadığın matçda isə yekunda 3 xal qazanırsan”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















