Icma.az
close
up
RU
Əmin ola bilərsiniz ki, bundan sonra repetitorluğun ləğvi mümkün deyil AÇIQLAMA

Əmin ola bilərsiniz ki, bundan sonra repetitorluğun ləğvi mümkün deyil AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əmin ola bilərsiniz ki, artıq bundan sonra repetitorluğun birdəfəlik ləğvi ümumiyyətlə mümkün deyil. Bəli, razıyam, repetitorluq mərhələli şəkildə ləğv oluna bilər. Amma bu mərhələnin başlanğıc nöqtəsi var. O, bizə o qədər də asan görünməməlidir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmrullayevin repetitorluğun mərhələ-mərhələ ləğv olunacağı barədə fikirlərini şərh edərkən dedi. Onun sözlərinə görə, uzun illərdir ki, bizdə qəbul proseduru, universitetlərə daxilolma mexanizmi yalnız repetitorluq institutunun hesabınadır:

"Mən burada repetitorları qəhrəmanlaşdırmaq istəmirəm. Onlar sadəcə xidmət göstəriblər və bu xidmətin qarşılığını da artıqlamasını alırlar. İldən-ilə də qiymətləri qalxır. Bir tərəfdən də, bu gün repetitorluq məktəb nüfuzunu öldürən səbəblərdən biri oldu. Amma bir məsələ var ki, buŞ birdən-birə olmadı. Məktəbin nüfuzunun aşağı düşməsi, oradakı tədris prosesinin zəifliyi repetitorluğa imkan verdi ki, bura bir xəncər yarası daha vursun. Bu günləri deyirlər ki, təhsilin keyfiyyəti yaxşı olsun ki, repetitorluğa ehtiyacı olmasın. Bu, ümumi mənada yaxşı sözdür. Doğrudur, öz yerində, amma bunu konkretləşdirmək lazımdır".

Ekspert vurğuladı ki, imtahan suallarının məktəb proqramından uzaq olması barədə fikirlər yanlışdır:

"Burada fərqlər var. Biz bu fərqləri incələməliyik. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan sualları sanki başqa bir qalaktikadan gəlib. Məktəbdəki dərslər isə sanki digər qalaktikanın dərsləridir. Məsələn, deyək ki, tarixdən, yaxud da riyaziyyatdan bir bölmə məktəbdə keçirilir. Həmin riyaziyyata elə sual hazırlanır ki, sanki ona heç bir aidiyyəti yoxdur. Amma əksinədir. Dövlət İmtahan Mərkəzi heç vaxt Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi və məktəblər üçün əsas normativ kimi qəbul edilən kurikulumun məzmun standartlarından kənara çıxmır və çıxa da bilməz. Sualları o istiqamətdə hazırlayır. Sadəcə, bizim məktəblərimiz həmin qurumun məzmun standartlarında dərs vermirlər deyə ortada çox böyük bir boşluq yaranır. Ad da olur ki, Dövlət İmtahan Mərkəzi sualları başqa bir formada hazırlayır. Burada müəyyən bir güzəşt etmək lazımdır və bu güzəşt edilmədiyi təqdirdə biz repetitorluğun ləğvindən ümumiyyətlə söhbət aça bilmərik", - deyə Elmin Nuri vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri