Əminə Ərdoğan: COP29 təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin parlaq təzahürüdür
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilən sessiyasını “təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin bariz təzahürü” adlandırıb.
AZƏRTAC xəbər verir ki, Əminə Ərdoğan sosial şəbəkələrdəki paylaşımında Azərbaycanda iqlim sammitinin təşkilinin səviyyəsinin “nümunəvi” olduğunu qeyd edib.
Türkiyənin birinci xanımı yazıb: “Ümid edirəm ki, dost və qardaş Azərbaycanda COP29 ümumi evimizə - Yer kürəsinə xeyir verəcək. Bu zirvə sərhədsiz həmrəyliyin, təbiət və bəşəriyyət üçün ortaq məsuliyyətin bariz təzahürüdür”.
Əminə Ərdoğan ümidvar olduğunu bildirib ki, dövlətlərin kollektiv iradəsi “daha ədalətli dünyanın qapılarını açacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 12 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















