Əminəm ki, Sabah Bakıdakı görüşdə ona sərf edən nəticəni qazanacaq Arif Əsədov
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Çərşənbə axşamı "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS ilə qarşılaşacaq. Uelslilərlə Bakıda üz-üzə gələcək Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.
"Sabah"ın və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk növbədə beynəlxalq arenada ölkəmizi təmsil edəcək bütün komandalarımıza uğurlar arzulayıram. Bu mənada tsiklin açılışını "Sabah" edəcək. Start Uels təmsilçisi TNS ilə olacaq. Çempionlar Liqasında zəif rəqib olmur. Hansısa ölkənin çempionatı biri digərindən zəif ola bilər, amma qaliblərin mübarizəsində bu gerilik nisbi məna daşıyır. Ona görə də rəqibə saymazyana münasibət yolverilməzdir, ciddi yanaşmaq lazımdır. Sözügedən ölkəyə xas futbol atletik və fiziki gücə, hava toplarına əsaslanır. Amma "Sabah" həm atletik, həm də sürətli keçidlərlə müşaiyət olunan texniki üslubda oynayır. Baş məşqçi Valdas Dambrauskas baxımlı futbol fəlsəfəsi ilə rəğbət qazanıb.
"Sabah" Avstriyada hazırlıq keçib, 3-4 yoxlama oyununda qüvvəsini sınayıb. Sınaq görüşlərinə, müəyyən epizodlara baxmışam. Baş məşqçinin müəyyən dəyişikliklər etməsi, taktiki gedişləri sınaması müşahidə olunur. Yoxlama görüşləri elə bunun üçündür, nəticə önəmli deyil. Ümid edirəm ki, "Sabah" Bakıdakı görüşdə ağırlığını ortaya qoyub ona sərf edən nəticəni qazanacaq və bir həftə sonra səfərə hesabdan irəli gələn inamla yollanacaq".
Qeyd edək ki, iyulun 7-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı bir həftə sonra səfərdə keçirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















