Icma.az
close
up
RU
Sabah üçün asan olmayacaq Arif Əsədov

Sabah üçün asan olmayacaq Arif Əsədov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cümə axşamı "Sabah" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sele" ilə qarşılaşacaq. Sloveniyalılarla Bakıda üz-üzə gələcək Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

"Sabah"ın və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Əsədovun Fanat.Az-a açıqlaması belə oldu: 

"Düzdür, rəqibin oyununu görməmişik, o baxımdan nə isə demək bir az çətindir. Amma elə  statistikaya baxdıqda müəyyən qənaətə gəlmək mümkündür. Rəqib keçən il Konfrans Liqasında uğurlu çıxış edib. Bu da artıq onların ciddi və çətin komanda olduğunu deməyə əsas verir. Ona görə məncə, "Sabah" üçün heç də asan olmayacaq. Rəqibin oyunu ilə bağlı daha detallı fikirləri təbii ki, birinci oyundan sonra demək olar. Üstəlik, daha yaxşısını "Sabah" komandasının məşqçilər korpusu deyə bilər. 

"Sabah"a yeni baş məşqçi gəlib. Onun hansı fəlsəfədən istifadə edəcəyini, hansı oyun üslubuna daha çox fikir yetirəcəyini bilmirik. Biz bildiyimiz ''Sabah" keçən il hücumda daha yaxşı idi. Hücum futboluna üstünlük verən komanda idi. Eyni zamanda komanda əks-hücumlarda çətinlik çəkirdi, yəni, geriyə qayıtmaq baxımından sıxıntı yaşayırdı. Yeni baş məşqçi bu balansı düzəldib, ya yox, onu buz görəcəyik. Ehtimal olunur ki, komandada ruh yüksəkliyi var. Təkcə ona görə yox ki, kuboka yiyələniblər, tarix yazıblar. Həm də ona görə ki, yeni baş məşqçi gələndə komandada abu-hava yüksək olur. 

O ki qaldı şanslara, bunu bərabər sayıram. Dediyim kimi, birinci oyundan sonra daha yaxşı proqnoz verə bilərik. İstənilən halda, "Sabah" bu rəqibi keçmək gücündədir. Ümid edək ki, evdə keçirəcəyi ilk oyunda yaxşı nəticə əldə edib səfərə üstün yollanacaq və orada bu üstünlüyünü qoruyub cütün taleyini həll edərlər". 

Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də səfərdə keçirəcək.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 İyul 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri