Əminənin döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi Aslanov
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımızın tarixi nəticə əldə etdilər.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında deyib.
O, qızlar arasında yarışda dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib:
“Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir”.
Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, mundialda “light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















