Icma.az
close
up
RU
ƏMİSİ CEYHUNUN İZİ İLƏ GEDƏN VƏ ONUN ADINI DAŞIYAN ŞƏHİD! Ordubadda bir ailənin iki şəhidi yad edildi / Video, Foto

ƏMİSİ CEYHUNUN İZİ İLƏ GEDƏN VƏ ONUN ADINI DAŞIYAN ŞƏHİD! Ordubadda bir ailənin iki şəhidi yad edildi / Video, Foto

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Ordubadın Gənzə kəndindən olan qəhrəman bir ailənin – bir ocağın iki şəhidini yad etmək üçün ailəmizlə, dostlarımızla və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şəhid anaları ilə birlikdə Ceyhun balamızın ildönümündə iştirak etdik. Əmisi Ceyhun Hüseynovun adını daşıyan qardaşı oğlu da, qəhrəman əmisinin izi ilə gedərək, şəhidlik zirvəsinə ucaldı.

Hurriyyet.az xəbər verir ki, bu haqda “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov özünün “İnstagram” səhifəsində yazıb. O, daha sonra əlavə edib:

“Hər iki şəhidimizin anası və nənəsi olan Səhrayə anamız, övladları və nəvələri ilə birgə, atamın son günlərində onu ziyarət etmişdi. Atam bilirdi ki, Ceyhun balamızın ildönümü yaxınlaşır. Son günlərində onunla tez-tez görüşən və hər anında yanında olan Tofiq qardaşıma xüsusi təşəkkür edirəm. O, atama doğmalıq göstərdi və bir qardaş kimi mənim yanımda oldu.

Atam sağlığında Ceyhun balamızın ildönümündə ailəlikcə hamımızın iştirak etməyimizi bizə tapşırmışdı. Bu, onun son arzularından biri idi. Biz də, başda dəyərli şəhid analarımız olmaqla, anam, ailə üzvlərim, dostlarım ilə birlikdə bu vəsiyyəti yerinə yetirdik. Şəhid Ceyhunumuzun ildönümündə ailəlikcə iştirak etdik.

Ordubadın qonaqpərvər insanları, Ceyhunumuzun əzizləri və kənd sakinləri bizləri böyük ehtiramla qarşıladılar. Bu iki gündə, başda Naxçıvanın şəhid anaları olmaqla, əziyyətimizi çəkən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk.

Bir daha Tofiq qardaşıma, Mədinə bacıma Allahdan səbr və güc arzulayıram. Onları bağrıma basıram. İnanıram ki, bu ziyarətdən yalnız iki Ceyhunumuzun yox, bütün şəhidlərimizin ruhları şad oldu.

Daha sonra şəhid analarımızla birlikdə qədim və müqəddəs bir məkana – Əshabi-Kəhf ziyarətinə getdik. Orda hər bir şəhidimiz üçün dualar oxundu. Rəhmətlik Atam deyərdi: Şəhidlərin ruhunu yalnız anmaqla yox, onları yaşatmaqla şad edə bilərsiniz. Onların ruhlarını şad etmək istəyirsinizsə, ailələrinin, balalarının, atalarının, analarının, xalqının yanında olun!

Biz də çalışacağıq ki, bu vəsiyyəti daim yaşadaq. Çünki şəhidlər ölməz, onlar yaşatdığımız dəyərlərlə, göstərdiyimiz vəfa ilə, onların ocağını tərk etməməyimizlə hər zaman bizimlədirlər.

Allah bir daha Ceyhun balamıza və bütün şəhidlərimizə rəhmət eləsin! Amin!”

Hurriyyet.az

P.S. Onu da qeyd edək ki, tədbirdə çox sayda şəhid anaları ilə yanaşı, Hacı Nuran və tanınmış müğənni Mirələm Mirələmov da iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyun 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri