Icma.az
close
up
RU
Əmisi oğlunu namus üstə iplə asaraq öldürən şəxs və atasından xəbər var

Əmisi oğlunu namus üstə iplə asaraq öldürən şəxs və atasından xəbər var

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Şamaxıda qətl törətməkdə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Tural Hacıyev və qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan onun atası Mahir Hacıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib və Mahir Hacıyevə isə şərti cəza verilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: 2024-cu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra Tural Hacıyevin atası Mahir Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.

Tural Hacıyev məhkəmədə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərib ki, əmisi oğlu Ramini arvadı ilə birlikdə yataq otağında tutub. Sonra o, Ramini arvadı ilə aralarında olan münasibətə görə qısqanclıq zəminində iplə asaraq öldürüb.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 İyun 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see148

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see146

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see140

Tottenhem Bavariya nın forvardını birdəfəlik transfer edib

15 İyun 2025 13:50see132

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see126

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see124

İsrail İrandan raket atışlarını qeydə aldı

15 İyun 2025 17:42see121

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see121

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see121

Bakıda uşaqlıq həvəsi 35 yaşlı kişinin başına iş açdı

15 İyun 2025 18:27see119

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see119

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see119

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see119

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see118

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see118

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see117

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see117

ABŞ İsrail İran münaqişəsinə müdaxilə edə bilər

15 İyun 2025 18:48see116

Pezeşkian İraq Baş nazirinə XƏBƏRDARLIQ ETDİ

15 İyun 2025 17:18see114

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri