Icma.az
close
up
RU
Qonşusunu gülləyərək öldürən şəxs: “Onu namus qeyrət üstündə qətlə yetirdim”

Qonşusunu gülləyərək öldürən şəxs: “Onu namus qeyrət üstündə qətlə yetirdim”

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dostunu qətlə yetirməkdə təqsirləndirilən Bəşir İsrafilovun cinayət işi üzrə istintaq ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittihamda özünü tam təqsirli bilib, lakin nitq qabiliyyəti olmadığı üçün istintaq zamanı verdiyi ifadəsi elan edilib.

Bəşir İsrafilov həmin ifadədə göstərib ki, 2023-cü ilin sentyabr ayınadək mərhum Namik Əhədov və ailə üzvləri ilə münasibəti yaxşı olub:

“Namik hər gün bizim evə gəlib-gedirdi. 2023-cü ilin sentyabr ayında arvadımın gizli telefon işlətdiyini aşkar etdim. Telefonda Namiklə onun lüt fotoşəkillərinin olduğunu gördüm. Bundan sonra həyat yoldaşımın Namiklə sevgi münasibəti yaşadığını öyrəndim. O, telefonu da ona Namikin aldığını bildirdi. Həmin gün Namiki çağırıb arvadıma telefon almasının və onunla sevgi münasibəti yaşamasının səbəbini soruşdum. Namik əvvəlcə etiraf etmədi. Həyat yoldaşımın telefonunda olan şəkilləri Namikə göstərdim. Sonra Namik başını aşağı salıb heç nə demədi. Namiklə aramızda mübahisə olsa da, hər hansı dava-dalaş baş vermədi. Namiki və onun arvadını həyətindən qovdum. Həmin vaxtdan mərhum və ailə üzvləri ilə əlaqəm kəsildi. Həmçinin, arvadımdan da boşandım. Bir neçə gün sonra evə qayıdanda Namikin həyətinin qarşından keçdim. Həmin vaxt mərhum həyətin giriş qapısının qarşısında tək dayanmışdı. O, avtomobilimi görüb əli ilə işarə edib söyüş söyərək məni təhqir etdi. Avtomobili saxlamayıb evimə getdim və ailə üzvlərimlə birlikdə yemək yedim. Evdə olan zaman mərhumun məni təhqir etməsinə əsəbiləşdim. Həmçinin Namikin arvadımla sevgi münasibəti yaşamasını və onun telefonunda aşkar etdiyim fotoşəkilləri xatırladim. Bu zaman Namik öldürmək qərarına gəldim”.

O qeyd edib ki, yatdığı otaqdakı atasından yadigar qalan və öz adına sənədləşdirdiyi tüfəngi gizli formada pəncərədən çölə atıb, siqaret çəkmək adi ilə həyətə çıxıb:

“Həyətindəki çəpərdən keçərək Namikin yaşadığı evə getdim və mətbəxə daxil oldum. Mərhum həmin vaxt mətbəxdə televizora baxırdı. Bu zaman Namik əlimdəki tüfəngi görüb ayağa qalxdı və üstümə tərəf gəldi. Ona tüfənglə bir dəfə atəş açdım və Namik yerə yıxıldı. Atəş açmaqda məqsədim Namiki öldürmək idi. Həmin vaxt evdə ondan başqa heç kim yox idi. Çünki evdə heç kim görmədim. Namikin evindən heç nə götürmədim və tüfəng əlimdə yaşadığım evə tərəf qayıtdım. Özümə isə harada, hansı səbəbə görə və necə atəş açdığımı, habelə özümə atəş açdıqdan sonra silahı və patronları hara atdığımı xatırlamıram. Namiki öldürməyə getməyimdən ailə üzvlərimin xəbəri yox idi. Heç kim Namiki öldürmək üçün mənə kömək etməyibdir. Mərhumu namus-qeyrət üstündə öldürdüm və heç kim məni bu cinayəti törətməyə təhrik etmədi”.

O, məhkəmədən əməlindən peşman olmasını, himayəsində 4 uşağının olmasını, hazırda özünün qüsurlu olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş edib.

Qeyd: Hadisə 2023-cü il iyun ayında Astara rayonunda baş verib. Təqsirləndirilən Bəşir İsrafilov qonşusu Namiq Əhədovu ov tüfəngi ilə qətlə yetirib. Daha sonra həmin silahla özünü yaralayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 1 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri