NDU nun Beynəlxalq Kembric məktəbinə I və VI siniflər üzrə qəbul imtahanları keçirilib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric məktəbinə I və VI siniflər üzrə qəbul imtahanları təşkil olunub. İmtahanlar məktəbdə yaradılmış imtahan komissiyasının üzvləri tərəfindən Kembric standartlarına uyğun şəkildə hazırlanmış suallar əsasında keçirilib.
Birinci sinfə qəbul üzrə imtahanlar şifahi formada aparılıb. Bu mərhələdə şagirdlərin ingilis dili bacarıqları, ətraf mühitlə tanışlıq səviyyəsi və ilkin riyazi bilikləri müəllimlər tərəfindən dəyərləndirilib. Qeyd edək ki, I sinif üçün plan yeri bir sinif olmaqla 20 nəfərlik nəzərdə tutulub.
Altıncı sinifə qəbul isə iki mərhələdən ibarət olub. Birinci mərhələ yazılı imtahan formasında keçirilib və burada iştirakçıların ingilis dilində dinləmə, oxu və qrammatika bacarıqları, eləcə də riyazi bilikləri ingilis dilində təqdim olunan suallar vasitəsilə yoxlanılıb. İkinci mərhələ isə “Cambridge Flyer” formatında keçirilmiş şifahi imtahan olub. Bu mərhələdə şagirdlərin danışıq bacarıqları xaricdən dəvət olunan müəllim, Kembric danışıq imtahanları üzrə mütəxəssis Fabian Chavez tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, VI siniflər üzrə plan yerləri iki sinif olmaqla ümumilikdə 40 nəfərlik müəyyən edilib.
Səbuhi HƏSƏNOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















